AZ

Təhsil İnstitutu fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır

Təhsil İnstitutu aşağıdakı fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

• Azərbaycan dili (dövlət dili)

• İkinci xarici dil

• Musiqi

• Təsviri incəsənət

• Texnologiya

• Çağırışaqədərki hazırlıq

• Fiziki tərbiyə

Namizədlər üçün minimum tələblər:

• İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;

• Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;

• Fikirləri yazılı formada ifadə etmə bacarığı;

• Araşdırma və təhlil üzrə səriştə;

• Ən azı 5 illik pedaqoji təcrübə;

• Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır.

Müraciət forması: Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
8
tehsil.biz

10Mənbələr