AZ

Bağ evlərinin kirayə qiyməti bahalaşdı – Təlabat hansı ərazilərədir?

Bakı bağlarında kirayə evlərin qiyməti kəskin qalxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya əmlak eksperti Elnur Əsədov deyib.

Ekspert hazırda bu evlərə təlabatın artığını qeyd edib:

“İyul ayında məzuniyyət dövrü başlayır. Dərslər başa çatdığı üçün bazara birdən-birə axın olduğundan kəskin qiymət artımı müşahidə edilir. Birdən-birə bazara gün ərzində 5-10 müştəri müraciət edir. Bu hal bütün bazara şamil olunmur. Təlabat əsasən dənizə yaxın ərazilərədir”.

Elnur Əsədov dənizə yaxın olan bağ evlərinin qiymətinin daha yüksək olduğunu vurğulayıb:

“Kirayə qiyməti 1000 manatadək olan evlər var. Ən böyük təlabat onlaradı. Amma bundan yuxarı olan evlərə edilən müraciətlərin sayı azdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
nocomment.az

10Mənbələr