AZ

Azərbaycanlı güləşçi Avropa üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlıların Avropa çempionatı davam edir.
 
Azərbaycan Güləş Federasiyasının  verdiyi məlumata görə, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.
 
Rahim Həsənov (55 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.
 
Əvəzində Məhəmməd Şükürzadə (63 kiloqram) medal hesabımızı açıb. Güləşçimiz serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.
 
Davud Məmmədov (77 kiloqram) təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kiloqram) isə təsəlliverici görüşdə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
8
moderator.az

10Mənbələr