AZ

Azərbaycanlı MMA döyüşçüsü rusiyalını təhqir etdiyinə görə inzibati cəza ilə üzləşdi

Azərbaycanlı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Cavid Rzayev rusiyalı Artur Kulinskini təhqir etdiyinə görə inzibati cəza ala bilər.

32gun.az bildirir ki, bu barədə RİA Novosti xəbər verib.  

“Rzayev barəsində inzibati protokol tərtib oluna bilər”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Davadan sonra Rzayev Kulinskini etnik zəmində təhqir edib. Rzayev daha sonra Kulinskidən üzr istəyib.

Rzayevin MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var. Kulinskinin dörd qələbəsi və altı məğlubiyyəti var.

Nilay 

Seçilən
59
32gun.az

1Mənbələr