AZ

“Sabah” latviyalı basketbolçu ilə gücləndi

Basketbol üzrə Azərbaycan çempionu, ölkəmizi ilk dəfə Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni oyunçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Latviya millisi ilə son dünya çempionatında 5-ci olan mərkəz oyunçusu Klav Çavar bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. Onunla 2 illik müqavilə imzalanıb.

2,08 boya malik 28 yaşlı basketbolçu son mövsümdə Yaponiyanın “Yokohama Excellence” klubunda 50 oyuna çıxıb. Çavar karyerası ərzində “Riqa”, LMT, “Liepaya”, İTÜ, VEF Riqa, “Ventspils”, “Tsmoki Minsk”, “Astoriya”, “Start Lublin” kimi klubların da formasını geyinib.

“Sabah” öz oyunçularından Mayk Holton, Artyom Butyankov və Kamron Blu ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Onların hər biri ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, daha öncə Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədovun da 2024/2025 mövsümündə bu komandada qalacağı açıqlanmışdı.

Seçilən
104
arena.az

1Mənbələr