AZ

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlıların Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Rahim Həsənov (55 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.

Əvəzində Məhəmməd Şükürzadə (63 kiloqram) medal hesabımızı açıb. Güləşçimiz serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.

Davud Məmmədov (77 kiloqram) təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kiloqram) isə təsəlliverici görüşdə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
8
ilk.az

10Mənbələr