AZ

"Microsoft"un keçmiş baş direktorunun sərvəti açıqlandı

"Microsoft" korporasiyasının keçmiş baş direktoru ilk dəfə olaraq şirkətin həmtəsisçisindən daha zəngin olub.

Teleqraf.com xəbər verir ki, 2000-2014-cü illərdə "Microsoft"un baş icraçı direktoru olmuş amerikalı iş adamı Stiv Balmer dünyanın 6-cı ən varlı adamı olub.

"Microsoft"un səhmləri rekord qıraraq ilin əvvəlindən bəri 21 faiz artıb. "Microsoft" "OpenAI" ilə birgə ABŞ Fond Birjasında süni intellekt rallisindən ən çox faydalanan şirkətlərdən biri olub.

Stiv Balmerin 157,2 milyard dollarlıq xalis sərvətinin 90 faizindən çoxu "Microsoft"un səhmlərindədir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
teleqraf.com

6Mənbələr