Hindistanın Uttar-Pradeş ştatındakı dini mərasim zamanı yaranmış sıxlıq nəticəsində 107 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Hindustan Times” məlumat yayıb.
Bildirilib ki, hadisə mərasim bitdikdən sonra iştirakçılar ərazini tərk etdiyi anda baş verib.