AZ

Paytaxt bazarlarında lobya tapılmır? — SƏBƏB

Paytaxt bazarlarında lobyanın qiymətində kəskin artım müşahidə olunur. Belə ki bölgələrdə 18-20 qəpiyə satılan məhsulun kiloqramı Bakıda 3 manata yaxındır. İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, paytaxt bazarlarında lobyaya az rast gəlinir, qiyməti isə ötən illərlə müqayisədə daha bahadır.

Ekspert bunun səbəblərini Demokrat.az-a açıqlayıb:


“Yaşıl lobya tapılmır Bakı bazarlarında. Satışda olan lobyaların çoxu da xarabdır. Bu da hesab edirəm ki, ötən günlərdə bölgələrdə yağan aramsız yağışlarla bağlıdır. Lobya əkilən torpaqlar yumşaq torpaqdır, yağış yağanda da məshulun yığılmasında çətinliklər yaranır. Bundan dolayı məhsuldarlıq aşağı düşüb. İnanmıram ki, rayonlarda da lobyanın qiyməti aşağı olsun. Bəli, lobya qıtlığının olduğu doğrudur. Bunun da səbəbi əlverişsiz hava şəraitidir. Lobya həm də yığımı çətin olan məhsuldur. Bu amillər məhsulu bahalaşdırır”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
demokrat.az

8Mənbələr