AZ

“Neftçi”nin Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub

Bakı. Trend:

Qadın futbolçular arasında Çempionlar Liqasının 2024/25mövsümünün püşkatmasının detalları bəlli olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, iyulun 5-də keçiriləcək tədbir İsveçrəninNyon şəhərində baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. TədbirdəAzərbaycan çempionu “Neftçi”nin də rəqibləri bəlli olacaq.

“Ağ-qaralar” yarışa 1-ci mərhələdən başlayacaq. Çempionlaryolunun bu raundunda 43 komanda iştirak edəcək.

Komandalar onunda 4, birində 3 komanda olmaqla ümumilikdə 11qrupa bölünəcək. Hər qrupun oyunu bir ölkədə keçiriləcək.

Qrupların yarımfinalları sentyabrın 4-də, final və 3-cü yeruğrunda matçları 7-də baş tutacaq. 11 qalib 2-ci mərhələdə“Slaviya” (Çexiya), “Roma” (İtaliya) və “Hammarbü”yə (İsveç)qoşulacaq. Buradakı 7 cüt qrup mərhələsinə vəsiqələrin sahiblərinimüəyyənləşdirəcək.

Püşk ərəfəsində komandalar səbətlərə bölünüb. 22 klubsəpələnmiş, 21-i səpələnməmiş yer alıb.

Hər qrupda iki səpələnmiş komanda olacaq. 10 qrupda iki, 1qrupda bir səpələnməmiş mübarizə aparacaq.

“Neftçi” səpələnməmişlər sırasında yer alıb. Bakı klubuErmənistan klubu ilə qarşılaşa bilməz. Bu səbəbdən də təmsilçimizin41 mümkün rəqibi var. Onlardan 22-si səpələnmiş, 19-usəpələnməmişdir.

I mərhələ
Çempionlar yolu
Səpələnmişlər

“Benfika” (Portuqaliya)
“Sankt Polten” (İsveçrə)
“BİİK-Şımkent” (Qazaxıstan)
“Tvente” (Niderland)
“Vlajniya” (Albaniya)
“Valarenqa” (Norveç)
“Vorskla” (Ukrayna)
“Apollon” (Kipr)
“Anderlext” (Belçika)
“Valyur” (İslandiya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Ferensvaroş” (Macarıstan)
“Servett” (İsveçrə)
“Mura” (Sloveniya)
“Gintra” (Litva)
“Dinamo-BSU” (Belarus)
PAOK (Yunanıstan)
“Brejnitsa” (Monteneqro)
“Union” (Lüksemburq)
“Kuopio” (Finlandiya)
“Mitrovitsa” (Kosovo)
“Osiyek” (Xorvatiya)

Səpələnməmişlər
“Birkirkara” (Malta)
RFS (Latviya)
“Flora” (Estoniya)
“Giryat Qat” (İsrail)
“Seltik” (Şotlandiya)
“Aqarista” (Moldova)
“Lançxuti” (Gürcüstan)
“NSA Sofiya” (Bolqarıstan)
“Klaksvik” (Farer adaları)
“Nordsyelland” (Danimarka)
“Spartak Miyava” (Slovakiya)
“Pimunt Yunayted” (İrlandiya)
“Qlentoran” (Şimali İrlandiya)
“Lyuboten” (Şimali Makedoniya)
“Srvena Zvezda” (Serbiya)
“Kardiff Siti” (Uels)
“Poqon” (Polşa)
“Farul” (Rumıniya)
“Qalatasaray” (Türkiyə)
“Neftçi” (Azərbaycan)
“Pünik” (Ermənistan)

Qeyd edək ki, Azərbaycan 2007/08 mövsümündən sonra ilk dəfəÇempionlar Liqasında təmsil olunacaq.

Seçilən
137
6
az.trend.az

7Mənbələr