AZ

Zakir Həsənov Belarusa getdi - Hərbi paradda iştirak edəcək

İyulun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Minsk şəhərində bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Günü ilə əlaqədar keçiriləcək hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin səfəri iyulun 3-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
49
ednews.net

10Mənbələr