AZ

Abşeronda Polisi Günü qeyd edildi - Fotolar

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, hüquq mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, Abşeron polisinin şəxsi heyəti və rayon ictimaiyyəti iştirak edib.
 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan polisinin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlı olduğunu, müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayan RİH başçısı qeyd edib ki, bu gün 106 yaşını qeyd edən Azərbaycan polisinin inkişafı və bugünki nailiyyətləri məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, maddi-texniki bazasının güclənməsi, peşəkar kadrların hazırlanması və irəli çəkilməsi həyata keçirilib.

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev  Azərbaycan polisinə daim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri həyata keçirilir”.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.







Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
16
qafqazinfo.az

10Mənbələr