AZ

Bakıda 32, dağlıq rayonlarda 16 dərəcə isti - FAKTİKİ HAVA

İyulun 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, saat 16:00-a olan məlumata görə, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Xınalıq, Qax, Qrız, Şahdağ, Göyçay, İmişli, Naftalan, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Yardımlı, Astarada şimşək çaxır, arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.

Öncədən xəbər verildiyi kimi, şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonlarında 29, Naxçıvan MR-da 27, dağlıq rayonlarda 16 dərəcəyədək isti olub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
16
yenisabah.az

10Mənbələr