AZ

Ağdərədə su anbarı tikiləcək

Bakı. Trend:

Təsdiq olunmuş köç planına əsasən Xocalı şəhəri, Kərkicahanqəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlukəndinə bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsinəzərdə tutulub.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaPrezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirmişdi.

Bəs, bu ərazilərə köçəcək vətəndaşların içməli su ilə təminatınecə olacaq?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət SuEhtiyatları Agentliyindən bildiriblər ki, ərazilərə köçəcəkəhalinin içməli su ilə təminatında heç bir problem olmayacaq.

"Xocalı şəhərinin içməli su təminatında heç bir problem yoxdur.Əlavə subartezian quyusu qazılıb və əlavə olaraq Badara çayından2.6 km məsafədə magistral su xətti çəkilib. Kərkicahan qəsəbəsinində heç bir problemi yoxdur. Şəbəkənin qurulması Bakı AbadlıqXidməti tərəfindən aparılır. Su mənbəyi və anbarı mövcuddur.Malıbəyli kəndində də içməli su ilə bağlı problem yoxdur.

Ağdərə rayonunun Umudlu kəndində də su mənbəyi var. Magistral sukəmərinin və anbarın tikintisi planlaşdırılır. Əhali köçənə qədərbu işlər tamamlanacaq. Qayıdış Planına əsasən ərazidə su problemiolmayacaq", - deyə qurumdan məlumat verilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
10
az.trend.az

10Mənbələr