AZ

Fransada 180-dən çox namizəd parlament seçkilərinin ikinci turunu boykot etdi

Fransada 180-dən çox namizəd parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Deputatlar bu addımı sağçı "Milli Vəhdət" partiyasının opponentlərinin qalib gəlməsinə imkan verməmək üçün atıblar.

Qeyd edək ki, ötən gün Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ilk nəticələrinə görə, ultrasağçı "Milli Vəhdət" partiyası 33,4 faiz səs çoxluğu ilə birinci yer tutub. Solçu "Yeni Xalq Cəbhəsi" isə 27,98 faiz səslə 2-ci yeri tutub. Fransa prezidenti Emmanuel Makronun partiyası isə seçkilərin ilk turunun nəticələrinə görə, 20,76 faiz səslə 3-cü yer tutub.

Makron və solçuların nümayəndələri birinci turdan dərhal sonra "Milli Vəhdət" partiyasına qarşı çıxış etməyə hazır olduqlarını bildiriblər. Onlar üçüncü yer tutanları ikinci turda iştirakdan imtina etməyə çağırıblar. Onların fikrincə, bununla da səslər "Milli Vəhdət" partiyasının əsas rəqiblərinə gedəcək.

"Milli Vəhdət" partiyasının lideri Bardella solçularla makronçuların bu ittifaqını pisləyərək "vicdansız və qeyri-təbii taktika" adlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
bakivaxti.az

3Mənbələr