"Tottenhem" heyətinə yeni futbolçu qatıb.
Sport24.az xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Arçi Qreylə müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçi "Lids"dən transfer olunub. Onunla anlaşma 2030-cü ilin yayına qədər nəzərdə tutulub. Paytaxt klubu transfer üçün 41 milyon avro ödəyib.
Qeyd edək ki, ötən mövsümdə 52 oyun keçirən Qrey Çempionşipin ən yaxşı gənc futbolçusu seçilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta