AZ

İran Rusiya ilə hərbi-texniki əməkdaşlığa maneə görmür

İran

İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıq davam edir və buna heç bir maneə yoxdur.

Reyting.az
xəbər verir ki, bunu İranın ruhani lideri Ayətullah Əli Xamnəinin müşaviri, İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi “Financial Times” qəzetinə müsahibəsində deyib.

“İran və Rusiya arasında silah müqavilələri bağlamaq üçün heç bir maneə yoxdur”, - Xarazi əlavə edib.



Onun sözlərinə görə, Tehran artıq Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparıb: “Yaxın gələcəkdə biz Rusiya ilə strateji hərtərəfli saziş imzalamalıyıq”.

Xarazi İran dronlarının Rusiyaya satışı ilə bağlı növbəti ittihamları rədd edərək, bunların yalan olduğunu bildirib.

ELÇİN
Seçilən
29
reyting.az

1Mənbələr