AZ

Xalqımızın ən çox sevdiyi teatr - (Teatral yazılar silsiləsindən-esse)

Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib,
teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf
edib. Böyük, ulu mədəniyyətəqovuşubdur.

Heydər Əliyev

Əbədiyaşar prezidentimiz Heydər Əliyev teatrı və kinonu çox sevirdi. Bəlkə də bu ondan irəli gəlirdi ki, dahi rəhbər cavanlıq illərində teatrla məşğul olmuş və səhnədə bir-birindən maraqlı rollar yaratmışdı. Yadıma gəlir ki, Xalq artisi Zəröş xanım Həmzəyeva mənimlə söhbətindədeyirdi ki, “biz Heydər Əliyevləməşhur rejissor, Xalq artistiMirİbrahim Həmzəyevin yaratdığı dram dərnəyində səhnədə rol oynayıb, tərəf müqabili olmuşduq. O, çox istedadlı insanidi vəyaxşı aktyor ola bilərdi. Hətta Bakıda ali məktəbdə, memarlıq fakültəsindəoxuyan vaxtı orada dram dərnəyi dəyaradıb, ona rəhbərliketmişdi. Heyif ki, aktyorsənətinin ardınca getmədi”.

Çox maraqlıdır ki, dünyanın bir sıraölkərəhbərləri teatrdan böyük siyasət aləminə gəlib və hər biri dəbacarıqlı, tarixirəhbərlər olublar...Hətta Antik teatrda aktyorlarıQədim Yunanıstanınrəhbərləri başqa ölkələrə diplomant kimi işləməyəgöndərirmişlər.

Çox sevindirici haldır ki, bu gün ölkə rəhbəri cənab İlham Əliyev və BirinciVitse-prezident Mehriban xanım Əliyeva Ulu Öndərinhəm iqtisadiyyat, həm siyasət, həm mədəniyyət və həm də ki, bütün aparıcı sahələrdə qoyduğu ideyaları, kursu dəstəkləyir və onları daha da yüksək səviyyədə yerinə yetirirlər. Onların hər ikisinin Azərbaycan mədəniyyətinin inkişafınaverdiyiböyük töhfələr təqdirə layiqdir. Elə Mehriban xanımın Azərbaycan muğamını və aşıq sənətini YENESKO-nunqeyri-maddimədəniyyət irs siyahısına daxil etdirməsiözü ən böyük tarixi hadisədir və xalqımız tərəfindən rəğbətlə qarşılanıb.

Onu da vurğulayım ki, cənab İlham Əliyev 2003-cü ildən yəni Azərbaycanın prezidenti olan vaxtdan bu günə kimi teatr və ümumilikdə incəsənətlə, mədəniyyətlə,onun inkişafı iləbağlı beş yüzə qədər sərəncam və qərarlar verib. Elə bu, onun teatrı, incəsənəti, mədəniyyətihəmişə diqqət mərkəzində saxlamasına vəsevməsinəəyanisübutdur.

Bəli. Ölkə başıçı və Birinci Vitse-prezident məmləkətimizinteatrlarını da həmişə gündəmdə saxlayır və onlara lazım olan kimi köməklikedirlər. Çünki onlar yaxşı bilirlər ki, teatr millətin güzgüsüdür. Cəmiyyətin kiçildilmiş modelidir. Və teatr milləti xarici ölkələrdə təmsil edən ən böyük, canlımədəniyyət sahəsidir. Hansı millətin teatrı, kinosu, bütövlükdə incəsənti, ədəbiyyatı güclüdürsə həmin millət də dünya millətləri arasında öndədir. Aparıcıdır. Məhz buna görə də onlar teatrın maddi-texniki bazasının yüksəlməsinə, teatr işçilərinə fəxri adların,Prezident mükafatlarının, Prezidentin Fərdi Təqaüdünün, mənzillərin, orden-medallarınverilməsinə bacardıqları kimi köməklik edirlər və həmişə bu müqəddəs məsələləri gündəmdə saxlayırdılar..

Elə bir neçə il bundan qabaq Musiqili Komediya Teatrına və Rus Dram Teatrına Akademik stasutunun verilməsi təkcə həmin teatrlarının kollektivlərinin yox, bütün teatrsevərlərin bayramına çevrildi. Həmin sevincin davamı olaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Gəncə Dövlət Dram Teatrının da Milli statusalayiq görülməsi böyük tarixi hadisə kimi hər iki kollektivin və tamaşaçıların böyük sevincinə səbəb oldu. İndiəsas iş odurki, hər ikiteatrın kollektivləriölkə başçısıcənab İlham Əliyevin,BirinciVitse-prezident Mehriban xanım Əliyevanınümidlərini doğrultsun. İnanıram ki, həmin ümidlər dədoğrulacaq. Hər iki kollektiv bundan sonra da bir-birindən maraqlı tamaşalar hazırlayacaq və respublikamızı ümumdünya festivallarında layiqincə təmsil edəcəklər.

Artıqyaranmasının97-ci ilini yaşayan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının keçmiş tarixinəqısa da olsa nəzər salaq və görək bu teatr hansı çətinliklərdən keçərək, bu günkü günümüzə qədər gəlib çatıb. İnanıram ki, bu, oxucular, tamaşaçılarüçün də maraqlı olacaq və onlar öz sevimli teatrlarını daha yaxından tanıyacaqlar. Bu yaxın tanışlıq da sevgini, məhəbbəti daha çox artıracaq.

Necə oldu ki, bu teatr yarandı

AzərbaycanDövlət Milli Gənc Tamaçılar Teatrıözfəaliyyət uşaq dram dərnəklərinin əsasında yaranıb.Belə ki,Sovetlər quruluşunun ilk illərində Bakıda keçmiş Tağıyev toxuculuq kombinatında, indiki Səttarxan adına zavodda və bir sıra təşkilatlarda uşaq dram dərnəkləri yaradıldı. Onlardan ən fəalı Xəzər dənizçiliyi klubunun nəzdindəki 40nömrəliPioner dəstəsinindramdərnəyi idi. Budərnəyin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi dətəşkiledildi. Həmin vaxtı14 yaşlıçox istedadlı insanAğadadaş Qurbanov dərnəyə rejissor təyin olundu.O, öz həmyaşıdları və özündən kiçik olan pionerlərlə tamaşalar hazırlamağa başladı.

Beləliklə, 1927-ci ilin mart ayının 15-də BakıdaLətifKərimlinin“Fırtına”pyesinin tamaşası 14 yaşlı Ağadadaş Qurbanovunmaraqlı quruluşundatamaşaçılaragöstərildi. Bu tamaşa 1927-ci il may ayının 31-dəƏli Bayramov adınaQadınlar klubunda keçirilən Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqınınVIII qurultayı nümayəndələrinə dəgöstərildi. Tamaşa çox maraqlı olduğuna görə qurultay nümayəndələriBakıda UşaqTeatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdılar. 1928-ci il oktyabrın 5-də Azərbaycan Xalq Maarif Komisarlığınınqərarı ilə Bakı Uşaq Teatrı Ağadadaş Qurbanovun rəhbərliyi ilərəsmi fəaliyyətə başladı. 1928-ci ilin noyabr ayının 6-da NikolaySmirnov və Sergey Şerbakovun“Beş nəfər”adlı tamaşası ilə rus bölməsi, 1930-cu ilin yanvar ayının 30-da Nikolayİvanterin“Qırmızı qalstuk əleyhinə”tamaşası ilə Azərbaycan bölməsi də özünün teatr truppası ilə tamfəaliyyətə başladı.Amma həmin vaxtı milli uşaq pyesləri yox idi. Buna görə də azərbaycanlı dramaturqlar Abdulla Şaiq, Mirmehdi Seyidzadə, Əyyub Abbasov bu sahədə öz istedadlarını sınadılar. Və beləliklə, ilk milli uşaq dramaturgiyasıAbdullaŞaiqin “Xasay”,“Eloğlu”,“Fitnə”, Mirmehdi Seyidzadənin “Qızılquş”,“Nərgiz”, Əyyub Abbasovun“Azad”,“Məlikməmməd”tamaşaları ilə yarandı və bu teatrda yüksək peşəkarlıqla tamaşaya qoyuldu.
Bu teatrın ilkyaradıcıqaranquşları isə - Ağadadaş Qurbanov, Susanna Məcidova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Zəfər Nemətov, Məhərrəm Haşımov, MəmmədağaDadaşov,Əliməmməd Atayev və başqaaktyorlar,rejissorlar oldular.

1936-cı iliniyul ayının 18-dən etibarən Bakı UşaqTeatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasənAzərbaycan Dovlət Gənc Tamaşaçılar Teatrıadlandırılıbvəbu tetra Sovetlərin vaxtı olduğuna görəyazıçıMaksim Qorkinin adı verilib. 1936-cı ildə Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutundarejissorluq fakültəsini başa vuran, çox istedadlı rejissorMəhərrəm Haşımov teatrın baş rejissoru təyin olunub. Moskvada təhsil alan peşəkar rejissorun teatra gəlişilə çox şeylər yaxşılığa doğru dəyişdi. Çünki Məhərrəm Həşimov özü ilə Moskva teatr mühitini də bu kollektivə gətirmişdi. O, bu teatrda ilk işi olan vəteatrın hər iki bölməsində VladimrLyubimovanın “Seryoja Streltsov”əsərini müvəffəqiyyətlə tamaşaya hazırladı. Hətta aktyorlardan bəziləri hansılar ki, rus dilini yaxşı bilirdilər, bu tamaşada həm azərbaycan və həm də rus bölməsində öz rollrını oynayıblar. Elə sonrakı illərdə də Azərbaycan bölməsində olan aktyorlar, aktrisalar hansılar ki, rus dilini yaxşı bilirdilər rus bölməsindədə rollar oynayırdılar.

O vaxtlarAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşaçıları teatrın rəhbərliyinəbelə bir maraqlı təkliflə müraciət ediblər: “ Məşhur dramaturq, uşaq dramaturgiyasını yaxşı bilən Abdulla Şaiquşaqdramaturgiyasını dirçəltmək üçün bu teatra işə götürülsün”. Beləliklə, 1937-ci ildə görkəmli uşaq yazıçısı Abdulla Şaiq teatrın ədəbi hissə müdiri təyin olunub. Yuxarıdayazdığım kimiilk milli uşaq dramaturgiyası əsasındayaranan Abdulla Şaiqin“Xasay”,“Eloğlu”, “Fitnə”, Mirmehdi Seyidzadənin“Qızılquş”, “Nərgiz”, Əyyub Abbasovun“Azad”, “Məlikməmməd” tamaşaları teatrın yaradıcılıq nailiyyətləri olmaqlabaşqadramaturqları dahəvəsləndiribki, bu teatr üçün uşaqpyesləri yazsınlar.

Teatrın umumittifaq səviyyəli ilk uğuru

Həmin vaxtlar artıq Sovetlər Birliyində Dövlət səviyyəsində Uşaq vəGənclərTeatrı çox idi. Bu teatrlar da uşaqların, yeniyetmələrin teatral böyüməsində, yüksək tərbiyə almasında, dərslərini yaxşı oxumasında və ən əsası da narkomaniyadan, spirtli içkilər içməkdən uzaq olmasında, boş vaxtlarını mənalı, səmərəli keçirməsində çox böyük rol oynayırdı. Ona görə də SSRİ rəhbərliyi belə qarara gəldi ki, bu səpkili teatrların festivalını keçirsin və bu yolla onları daha çox təbliğ eləsin və tanıtsın.

Beləliklə, 1940-cı ilin noyabr ayındaAzərbayvan Dövlət Gənc Tamaşaçılar Teatrı Moskvada keçirilən Sovet Uşaq Teatrlarının I Ümumittifaq baxışında iştirak edərək, Rusiya teatr ictimaiyyəti və digər ölkə nümayəndələri iştirakçıları tərəfindən böyük hərarətlə və maraqlaqarşılandı. Kollektiv bu nüfuzlu festivalda Sabit Rəhman və Adil İskəndərovun“Partizan Məmməd”, Əliməmməd Atayev və Əhməd Əhmədovun“Seyran”pyesləri əsasında hazırlanmış tamaşalarını təqdim etdilər. Hər iki tamaşa böyük uğurla qarşılandı və teatra SSRİ rəhbərliyi tərəfindən mükafat verdilər. Bundan sonra teatra tamaşaçı axını daha çox artdı.

1941-ci ildə Böyük Vətən Müharibəsi başladığına görə teatrlara nə ölkə rəhbərliyi nə də xalq tərəfindən elə də böyükmaraq yox idi. Çünkü “Hər şey cəhbə üçün. Hər şey qələbə üçün” şüarı ilə hamı gecə-gündüz çalışırdı ki, Sovetlər ölkəsi bu müharibədə qələbə çalsın. Amma teatr da öz işini davam etdirir və böyük vətənpərvərlik ruhlu tamaşalar hazırlayırdı. Yəni onlar da hər bir tamaşasını böyük vətənpərvərlik, qəhrəmanlıq ruhunda hazırlayır və tamaşaçılardafaşizmə nifrət oyadır, əsgərlərimizi qələbəyə ruhlandırırdılar.

Sovetlər Birliyi bu müharibəni qələbə ilə başa vurandansonra teatrlara maraq artdı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında ən yaxşı tamaşalardan sayılan“Fitnə”, “Qaraca qız”, “"Skapenin kələkləri”,“Polad necə bərkidi”,“Hacı Qənbər”,“Sevinc” kimi tamaşalaröz profesionallığı ilə seçildi, sevildi. Tamaşaçıların böyükmarağına səbəb oldu.

Teatr artıq1952-ci iliözünün yeni binasında qarşıladı. Teatrın1950-ci illərdəki fəaliyyətinə nəzər salanda görürük ki, həmin illərdə xüsusilə, YusifƏzimzadənin "Anacan", "Aprel səhəri", Rauf İsmayılovun "İki həyat", Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ", ƏyyubAbbasovun "Aqil və Sərvinaz",rus bölməsində isə "Pavlik Morozov", "Sombrero", "Valya Kotik", "Polad üzük" kimi tamaşaların səhnə taleyidahauğurlu olub və tamaşaçıların maraqla baxdığı tamaşalar olublar.Həm də bu tamaşalarda çoxlu aktyorlar, aktrisalar peşəkar kimi yetişib. Öz peşəkarlığını artırıb və tamaşaçıların sevimlisi olublar.

Teatrın iyirmi beş illik yubileyininböyük uğuru

1954-cü il fevralın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 25 illik yubileyi təntənəli surətdə qeyd olundu. Yubiley günlərində Azərbaycanda Uşaq və GənclərTeatrının yaranması və inkişafındakı xidmətlərinə görə Məhərrəm Haşımov, Əliağa Ağayev və Ağadadaş Qurbanov RespublikanınXalq artisti, dramaturq ƏyyubAbbasov, rejissor Zəfər Nemətov, rəssam Nikolay Ovçinnikov Azərbaycan SSR Əməkdar incəsənət xadimi, rejissor KərimHəsənov, aktyorlardan, aktrisalardan Məmmədağa Dadaşov, Yusif Dadaşov, Süleyman Ələsgərov, Cəvahir İskəndərova, Aleksey Lejnyov, A. Lızina isə Respulikanın Əməkdarartisti fəxri adı ilə təltif olundular.Onu da vurğulayım ki, Kərim Həsənovun quruluş verdiyi Nəcəf bəy Vəzirovun “Hacı Qənbər” tamaşası bu teatrda min beş yüz dəfədən çox oynanılıb və bu tanaşa ilə çoxlu aktyorlar, aktrisalar yetişib.Onun quruluşunda Seyfəddin Dağlının, böyük dramaturq Cəfər Cabbarlıya həsr olunan “Aydınlığa doğru” tamaşası da çox maraqla qarşılanıb. Bu tamaşada Cəfər Cabbarlı rolunuçox peşəkarlıqlaoynayan həmin vaxt gənc olan, Xalq artisti, artıq haqq dünyasına qovuşan Ağaxan Salmanlı tanınıb və məşhur olub.
İyirmi beş illik yubileyindən sonra teatr özünün 26-cı mövsümünü 1954-cü ilin sentyabr ayının 10-da Cəfər Cabbarlının "Yaşar" pyesinin tamaşası ilə açdı. Bu tamaşa dateatr mütəxəssisləri və tamaşaçılar tərəfindənmaraqla qarşılandı.

1955-ci ilin oktyabr ayında teatr ilk dəfə olaraq,dünya şöhrətliUilyam Şekspirin yaradıcılığına müraciət edərək, böyük dramaturqun "İki veronalı" pyesini tamaşaya hazırladı. Bu tamaşa da uğurla qarşılandı.
Bildiyimiz kimi hər bir teatra yeni aktyor nəslinin gəlişi yaradıcılıq prosesinin, teatrda yeni ab-havanın yaranmasına təkan verir. Məhz 50-ci illərdə yeni aktyor nəslinin nümayəndələriƏməkdar artist Məxfurə Yermakovanın, aktyorlar, aktrisalarFirəngiz Şərifovanın, Osman Hacıbəyovun, Rəhilə Məlikovanın, İrina Vasilyevanın, Georqiy Sıqankovun, Tamara Razumovskayanın və başqalarının teatra gəlişi ilə kollektivdə bir canlanma yarandı.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının 60-cı illərdəki fəaliyyəti xüsusilə səmərəli olubvəöz inkişafı prosesində ən məhsuldar dövr kimi qiymətləndirilir. Həmin dövrdə teatrın baş rejissoru işləyən, həssas pedaqoq, mahir təşkilatçı, Əməkdar incəsənət xadimiZəfər Nemətovun bu sahədəki işi xüsusilə fərqlənirdi. Onun baş rejissor olduğu çoxillik fəaliyyəti dövründə teatrda yeni dramaturq, aktyor, rejissor nəsli yetişmişdi. Həmin dövr bu teatr məhz Zəfər Nemətovun adı ilə bağlı olub və bu teatra “Zəfər teatrı”deyiblər. Məhz o illərdə teatr ideya-bədii istiqamətində və pedaqoji sahədə yüksək səviyyəyə qalxabilib. O dövrdə xüsusilə, ailə və məktəb əlaqələrinin vəhdəti üçün teatrda əsaslı zəmin quruldu. Və teatr-valideyn-məktəb birliyi yaradıldı. Dramaturqlardan Rauf İsmayılovun“İki həyat”,“Son məktub”,“Etibar”,Yusif Əzimzadənin “Anacan”, “Nəsrəddin”, “Qonşular”, İskəndər Coşğunun “ Komsomol poeması”, “Ana laylası”, “Rüstəm və Söhrab”, Əfqan Əsgərovun“O mənim oğlumdur", “Dağ seli” “Sarı əlcək”, Qeybulla Rəsulovun"Əlvida, Hindistan", “Nəsillər”, “Gün aydın əlahəzrət”, Zeynal Xəlilin “Gənc ustalar”əsərləri və başqa tamaşalar bilavasitə Zəfər Nemətovun rəhbərliyi, istedad və bacarığı sayəsində və eləcə də həmin vaxtlarda teatrda quruluşçu rejissor işləyənlərKərim Həsənovun, Ulduz Rəfili-Əliyevanında istedadısayəsində sənət nümunəsinə çevriləbildi. Həm də bu səhnə əsərləri tamaşaçıların böyük həvəslə baxdığı əsərlər oldular. Teatr bu tamaşaları ilə respublikanın rayonlarına, qonşu respublikalara qastol səfərlərinə gedir və orada da maraqla qarşılanırdı.

Həmin dövrdəƏminə Yusifqızı, Solmaz Qurbanova, Firdovsi Naibov, Zərnişan Fətəliyeva, Sona Babayeva, Həsən Əbluc, Nazim İbrahimov, Tariel Qasımov,Ağaxan Salmanlı, Rahib Əliyev, Zirəddin Tağıyev, Mirzəbala Məlikov, Məmməd Əlizadə, Əlizaman Qasımov, Nadir Hüseynov, Əliheydər Həsənzadə, Rüxsarə Ağayeva, Əhməd Rumski,Viktor Semerenko, İvetta Ryabova, Arnold Xarçenko, Nelli Məmmədova, Tatyana Xaritonova və başqaları məhz Zəfər Nemətovun rejissor- pedaqoq kimi yetişdirdiyi istedadlı aktyorlar olaraq bir çox sənət uğurlarına imza atırdılar. Hətta Üzeyr Hacıbəyovun eyni adlı pyesi əsasında çəkilən“O olmasın bu olsun” məşhur kinofilmində Hanbal rolunuoynayan Əhməd Rumski teatrdatəkcə aktyor kimi çalışmır, həm də maraqlı pyeslər yazırdı və bu pyeslər teatrda tamaşaya qoyulurdu. Özü də bu kinofilmdə Məşədi İbad rolunun ifaçısı Əliağa Ağayev və Hambal rolunun ifaçısı Əhmər Rumski Dövlət Gənc Tamaşaçılar Teatrınınaparıcıaktyorları idilər. Artıq həmin kinofilmdən sonra Əliağa Ağayevi və Əhməd Rumskini teatr tamaşalrında canlı görmək üçün teatra daha çox tamaşaçılar gəlməyə başladılar. Bununla da teatra tamaşaçılar tərəfindən maraq daha çox artdı. Hər bir tamaşa da anşlaqla gedirdi.

1967-ci ildə ilk dəfə təsis olunanRespublika Lenin komsomolu mükafatı laureatı adına Səməd Vurğunun eyni adlı poeması əsasında İsgəndər Coğqunun yazdığı“Komsomol poeması” tamaşasının bir qrup yaracıdıcı heyyəti - quruluşçu rejissor Zəfər Nemətov, rəssam Altay Səidov, aktyorlardan Yusif Vəliyev, Hüseynağa Sadıxov, Süleyman Ələsgərov, Osman Hacıbəyov, bəstəkar Fikrət Əmirov və dramaturq İskəndər Coşqun layiq görüldülər. Bumükafat da teatr kollektivini daha yaxşı işləməyə, daha maraqlı tamaşalar hazırlamağa ruhlandırdı.

Əlli yaşlı teatrın yeni uğurları

Yarım əsrlik fəaliyyəti dövründə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində Azərbaycan, rus və dünya klassiklərinin inciləri özünə layiqli yer tutmuşdu. Ulyam Şekspirin “Romeo və Cülyetta”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, Əbdülrəhimbəy Haqverdiyevin "Bəxtsiz cavan", Cəfər Cabbarlının "Yaşar", Nikolay Qoqolun "Müfəttiş", Viktor Hüqonun "Qavroş" və başqa pyeslər bütün bu illərdə teatrın repertuarını zənginləşdirmişdi və teatrı respublikanın ən aparıcı teatrlarından biri etmişdi.

Yarandığı ilk illərdə müasirliyə meyil edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı, problemlisahələrinitamaşalarında qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsl yetişmişdi teatrda. Öz isti nəfəsini, ağıl və düşüncəsini, məhəbbətini teatrın inkişafına sərf edən yeni gələn hər nəsil ona yeni təravət gətirmişdi. Estafeti qəbul edən istedadlı aktyorlardan, aktrisalardan Tariel Qasımov, Ağaxan Salmanlı, Xuraman Hacıyeva, Zərnişan Fətəliyeva, Sona Babayeva,Lətifə Əliyeva, Rahib Əliyev, Gülşən Qurbanova, Yasin Qarayev, Almaz Mustafayeva, Azər Mirzəyev, MübarizƏlixanoğlu, Ədalət Məmmədov, Vahid Əliyev, Oqtay Ramazanov,Nizami Kazımov, Tofiq Hüseynov,Məsumə Babayeva,Vaqif İbrahimoğlu, Aleksandr Şarovski, Cəfər Namiq Kamal (Əhmədov) , Ələsgər Qurbanəliyev, Elxan Qurbanov,Sabir Məlikov, Svetlana Vahidova, Niyazi Əhmədov, RaufQəniyev, Əlisəftər Quliyev, Konstantin Artyomov, Zoya Xarçenko,artıq 1970-ci illərin axırı və 1980-ci illərdəteatra gəlmiş - RafiqƏliyev, Şəfəq Əliyeva,Mübariz Həmidov, Nubar Novruzova, NaibəAllahverdiyeva, Nicat Kazımov, KubraDadaşova,İlham Əsədov, Vüsal Mehrəliyev,teatrda1970, 1980-ci illərdərejissor kimi böyük işlər görmüş- Ulduz Rəfili-Əliyeva, Ağakişi Kazımov, Azər Paşa Nemətov,Müharib Tağıyev, Həsən Əbluc,Möhsüm Mürsəlov,Yuli Qusman, Cahangir Novruzov, rəssamlardanAltay Seyidov, Tair Tairov, Elçin Məmmədov, Fuad Qafarovkimi istedadlı şəxsiyyətlərin teatrın ümumi yaradıcılıq uğurlarındalayiqli yeri vardı.

Həmin dövrdə Yuli Qusmanın quruluşunda, rus bölməsindəhazırlanan“ Üç mükityor” tamaşası çox böyük uğurla qarşılandı və hətta yüzdən çoxtamaşaçılar növbəyə dayanıb bu tamaşaya bilet alırdılar. Həmin tamaşada oynayan Vaqif İbrahimoğlu və Aleksandr Şarovski daha böyük populyarlıq qazandılar. Sonralar Əməkdar incəsənət xadimi olanVaqif İbrahimoğlu “Yuq” Dövlət Teatrını yaratdı vəXalq artisti Aleksnadr Şarovski də Rus Dram Teatrının baş rejissoru işlədilər.

1970-ci illərin əvvəlində teatrda yaranan konfliktlərdən birdən-birə on altı aktyor və aktrisa işdən çıxdı. Bununla da teatrın repertuarında olan çoxlu aparıcı tamaşalar dayandı. Teatr rəhbərliyinin təklifi ilə 1974-cü ildə ali məktədi bitirən bir qrup aktyorlar teatra götürüldü. Bunlar- Gülşən Qurbanova, Azər Mirzəyev, Vahid Əliyev, Yasin Qarayev,FaiqBabayev, Nina Saulova, Qətibə Mirzəyeva, Raqub Əliyev.

Həmin vaxtı “Hacı Qənbər” tamaşasında oynamaq üçün yaxşı səsi və musiqi duyumu yaxşı olan bir gənc aktyor lazım idi. O vaxt teatrın baş rejissoru işləyən Ulduz Rəfili-Əliyeva Azərbaycan Dövlər İncəsənət İnstitutunun rektoru, çox dəyərli ziyalı, sənətşünaslıq doktoru, professor, bu ali məktəb üçün çox böyük işlər görmüş, bu ali məktəbi keçmiş SSRİ-də tanıdan Rahib Hüseynova zəng vurub, belə bir tələbənin onların teatrına gəlməsini xahiş edib. Rahib Hüseynov da həmin vaxtı institutun Tədris Teatrında işləyən Yasin Qarayevi Ulduz xanımın yanına göndərib. Ulduz xanım Yasin Qarayevlə söhbət eləyib, onun səs tembrini yoxlayıblar və həm maraqlı aktyor və həm də yaxşı səs tembrinin olduğunu görüb, onu da teatrayuxarıda adlarını yazdığım aktyorlarla eyni əmrləişə götürüblər. O da həmin yeni gələn gənclərləteatrdan gedən aktyorların rollarını oynamağa başlayıblar və az bir vaxtda bu aktyorlar, aktrisalar teatrda tanınıblar və tamaşaçıların sevimlisi olublar.

Həmin dövrdə Yusif Əzimzadənin “Unutmayın” tamaşasıAzərbaycan bölməsində Fikrət Sultanovun quruluşunda çox böyük maraqla qarşılanırdı. Yenicə ali məktəbi bitirən tələblərin hamısı o tamaşada oynayırdılar. Bu əsər gənc qvardiyanın üzdü, azərbaycanlı ƏliDadaşovun həyatına həsr olunmuşdu. Həmin tamaşada Əməkdar artistMəxfurə Yermakovanın oynadığı müəllimə rolu həmişə gurultulu alqışlarla qarşılanırdı və bu tamaşaya Bakının bütün məktəblərinin şagirdləri, ali məktəblərin tələbələri böyük həvəslə baxırdılar.

Teatrın 1978-ci ildə MoskvadaAkademik Malıy Teatrın binasında olan qastrolu da çox böyük trumfla keçib. Teatrın həmin Moskva qastrolunun da reallaşmasının çox maraqlı tarixçəsi var. Teatr Moskvaya qastola getməyə dəvət olunsa da, amma Azərbaycan Mədəniyyət Nazirliyi bu qastrolun reallaşması üçün maliyyə xərci,pul ayıra bilmirdi. Bu missiyanı teatrın aparıcı aktyorlarından biri, o vaxtlar Əməkdarartistiolanvə tamaşaçıların sevimlisi Hüseynağa Sadıqovboynuna götürdü vəbununla bağlı teatrda keçirilən iclasda belə bir maraqlı təklif verdi:

-Bu qastrolalazım olan qədər maliyyəni mən təşkil eləyərəm. Bu şərtlə ki, teatrın rəhbərliyi mənə şərait yaratsın və mən teatrın həmin bölgədən olan bir neçə aktyoru ilə Gəncəbasar bölgəsinə qasdtrola gedək və orada tamaşalar oynayaq. Həmin aktyorları, aktrisaları da o bölgədə çox sevirlər. Tamaşaçılar böyük həvəslə onların oynadığı tamaşalara baxmağa gələcəklər.

Beləliklə, onun təklifilə Gəncəbasar bölgədən olanTariel Qasımov, Yasin Qarayev, Vahid Əliyevvə başqa aktyorlar, aktrisalarhəmin truppaya qatıldı və onlar Qazax,Şəmkir, Tovuzrayonlarınaqastrola gedib, orada çox yaxşı tamaşalar oynayıb, qastrol üçün lazım olan məbləği təşkil eləyib, teatra qayıtdılar.
Bununla da teatrın 1978-ci ilin sentyabr ayının 13-29tarixlərində Moskva qastrolu baş tutdu. Bu qastrola teatr özünün doqquztamaşasını aparmışdı. Bu tamaşalar- Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”, İsgəndər Coşqunun “ Komsomol poeması” ( Səməd Vurğunun eyni adlı poeması əsasında),Xanumana Əlibəylinin “Aycan”, Tediyarkovun “ Buraxiliş gecəsi” ,Şamil Xurşudun “Məhəbbət novellası”, Svartsın “İki ağcaqayın”, Aleksandr Çxeidzenin“ Sərbəst mövzu”, Rüstəm İbrahimbəyovun“Səhranın bəyaz günəşi” və İsgəndər Coşqunun “ Söhrab və Rüstəm” tamaşaları idi. Bu tamaşaların da hamısı tələbkar Moskva tamaşaçıları tərəfindən maraqla qarşılandı. Və paytaxt tamaşaçılarının bu teatra sevgisi bir az da artdı.

1978-ci ildəAzərbaycan Dövlət MilliGənc Tamaşaçılar Teatrının Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına layiq görülməsi artıq bu teatrın böyük uğurlarından xəbər verirdi. Yarım əsrlik bir dövrdə öz tamaşaçılarına nümunəvi xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan Dövlət MilliGənc Tamaşaçılar Teatrısəmərəli fəaliyyətinə görə 1979-cu ildədahayüksək mükafata - "Şərəf" nişanıordeninə layiq görüldü.Elə həmin ilin fevral ayının 9-dateatrın bir qrup aktyorlarına, aktrisalarına Xalqartisti və Əməkdar artist fəxri adları verildi.Həmin vaxtlarda da teatr artıq Sovetlər Birliyində olan Gənc Tamaşaçılar Teatrları arasında seçilirdi və maraqla qarşılanırdı.

Teatrın ümumittifaq səviyyəliuğurlarına görə ölkə rəhbərliyi bu teatra lazım olan şəraitləri yaradırdı. Amma Sovetlərin dağılması ərəfəsində və xaos illərindəteatrlar maliyyə çətinliyi çəkirdi və demək olar ki, bütün teatrlar əmək haqqının alınmasında, quruluş xərcələrində böyük problemlər yaşadığı kimi Dövlət Milli Gənc Tamaşaçılar Teatrı da bu problemi yaşayırdı. Hətta elə aktyorlar və aktrisalar vardı ki, bu problemlərə dözə bilməyib, teatrdan çıxıb getdilər. Teatra sevgisi çox olanlar isə buradakı işindən əlavə gedib başqa yerlərdə də işləyirdilər ki, ailələrini dolandırabilsinlər. Həmin vaxtı Dövlət MilliGənc Tamaşaçılar Teatrının bir qrup aktyoru, aktrisası teatrı bu çətin krizisdən, problemdən çıxarmaq üçün rayonlara, Naxçıvan Muxtar Respublikaya qastrollara gedib, teatra maliyyə yardımı gətirir və işçilərin əmək haqqı almasına köməklik edirdilər. Bu aktyorlardan, aktrisalardan Xuraman Hacıyeva, Gülşən Qurbanova, YasinQarayev, Azər Mirzəyev, Mübariz Əlixanoğlu, Cəfər Namik Kamal( Əhmədov) daha çox seçilirdilər və daha çox fəal idilər...
Azərbaycan Dövlət MilliGənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki- yeni binada qarşıladı. Teatr həmişə olduğu kimi öz ənənəsinə sadiq qalaraq, hər yeni teatr mövsümündə daha maraqlı tamaşalarla geniş tamaşaçı auditoriyasını əhata etməyə başladı.

Teatrın ümumittifaq, dünya səviyyəli festivallardan gətirdiyi mükafatlar

Teatr 1989-cu ilin dekabr ayında dramaurqKamal Aslanovun "Yuxulama" tamaşası ilə Moskvada keçirilənBeynəlxalq Teatr Festivalında, 1993-cü ildə isə Daşkənd şəhərində keçirilən "Şərq-Qərb" Teatr festivalında uğurla çıxış etdi.

Daha sonrakı illərdə teatr yazıçı-dramaturq Elçinin "Mahmud və Məryəm" romanı əsasında hazırlanan tamaşa ilə 2002-ci ildə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən türkdilli xalqların VII Beynəlxalq Novruz Festivalında, 2004-cü ildəRəsul Rzanın"Ana qaz" tamaşası ilə Moskvada keçirilən Televiziya-Teatr Beynəlxalq Festivallında, İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsəri əsasında hazırlanmış tamaşa ilə Kuznetskdə keçirilən Beynəlxalq Teatr Festivalında, dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası ilə 2006-cı ilin dekabr ayında Moskva Vilayətinin Podolsk şəhərində keçirilən II Beynəlxalq Teatr Festivalının Qala-konsertində, 2007-ci ilin aprel ayında Türkiyə Cümhuriyyətinin Alanya şəhərində ənənəvi olaraq keçirilən 23 nisan Uşaq Bayramında NizamiGəncəvinin "Xeyir və Şər", RəsulRzanın "Ana Qaz" ( quruluşçu rejissor Nicat Kazımov) və İsgəndərCoşqunun "Çal oyna" tamaşaları ilə, 2008-ci ilin aprel ayında ikinci dəfə Türkiyə Cümhuriyyətinin Ankara və İqdır şəhərlərində 23 nisan Uşaq bayramı şənliklərində ƏhmədOrucoğlunun "Nənənin kələyi", mart ayının 27-dən aprelin 4-dək Belorusiyanın paytaxtı Minsk şəhərində RəsulRzanın "Ana qaz" vəSamuil Marşakın "Pişiyin evi", may ayında isə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində İlyasƏfəndiyevin "Məhv olmuş gündəliklər" və SamuilMarşakın "Pişiyin evi" tamaşaları ilə uğurla çıxış etdilər. Vəbununla dateatrözünübir daha maraqlı, yüksəkpeşəkar teatr kimi sübut etdi.
2008-ci ildə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının 80 yaşı tamam oldu. Bu illər ərzində teatr uşaqlara və yeniyetmələrə səmərəli xidmət göstərmiş, gənc nəslin mənəvi - əxlaqi, xeyirxahlıq və vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını özünün maraqlı tamaşaları ilə sübut eləmişdi. Məhz buna görə də respublikanın öz dəsti-xətti olan ən aparıcı teatrlarından biri sayılırdıDövlət Gənc Tamaşaçılar Teatrı.

Teatr 2009-cu ilin may ayının 26-dan iyunun 6-dək Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Türkdilli ölkələrin ənənəvi 9-cu Beynəlxalq Teatr Festivalında Əbdürrəhim bəyHaqverdiyevin "Pəri Cadu"( qurluşçu rejissor NicatKazımov) tamaşası ilə respublikamızı uğurla təmsil edib və böyük mükafata layiq görülən bu teatra dövlət səviyyəsində maraq dahaçox artdı.

Burada maraqlı və teatr üçün önəmli olan bir neçə teatral hadisəsini dəyazmaq istəyirəm. 2006-cı ildə Süleyman Rüstəmin 100 və Yasin Qarayevin 60 illik yubileyi ilə əlaqədar Mədəniyyət Nazirliyi dövlət sifarişilə teatrda Süleyman Rüstəmin“Çimnaz xahım yuxudadır” pyesini hazırlamağı teatra tapşırdı. Bu tamaşanın quruluşçu rejissoru da Xalq artisti, mərhum Rafiq Əliyev oldu. Bu birpərdəli pyesi Süleyman Rüstəm 16 yaşında yazmışdı və çox qısa idi. Bu tamaşada baş rol olan HacıQafar rolunu da rejissor YasinQarayevə vermişdi. Və rejissor Rafiq Əliyev YasinQarayevlə birlikdə bəzi əlavələr eləyib, bu pyesi bir saat yarımlıq tamaşa etmişdi. Belə ki, tamaşaya Uzeyr Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasından parça da salınmışdı. Burada Məşədi İbad rolunu da Əməkdar artist Atabala Səfərov oynayası oldu. Ümumiyyətlə bu tamaşada yaxşı aktyor ansambılı vardı. Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Elnur Hüseynov və başqaları da öz rollarını yüksək peşəkarlıqla oynayırdılar. Bu tamaşa çox uğurla qarşılandı və hətta 2007-ci ildə YasinQarayevə ən yaxşı komik kişirolununifaçısı kimiAzərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı verildi. Beləliklə, bu tamaşa teatrın repertuarındaən aparıcı tamaşalardan biri oldu. Teatr bu tamaşa ilə 2014-cü ildə Türkiyənin İqdır şəhərində keçirilən festivalda çıxış eləyib, böyük uğur qazanıb. Həmin tamaşa bu gün də teatrın repertuarındadır.

İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda “Sarı köynək və Valehin nağılı” tamaşası da maraqla qarşılandı. Bu tamaşada Yasin Qarayevin oynadığı Muradov və Tariel Qasımovun oynadığı Prokuror rolları da özünün peşəkar səviyyəsinə görə tamaşaçılarda böyük maraq yaratdı. 2012-ci ildə Bəhram Osmanovun quruluşunda Mirzə Fətəli Axundzadənin 100 illik yubileyi münasibətilə hazırlanan “Hacı Qara” tamaşası da yaxşı qarşılandı. Yasin Qarayevin oynadığı Hacı Qara öz oyununa, peşəkarlığına görə orijinal idi.

Üç teatrın birləşməsi bir əsas məqsədə xidmət edirdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Bu da ona xidmət edirdi ki, Dövlət Gənclər Teatrınının və BakıKamera Teatrının binaları yox idi. Hər iki teatrınözünün maraqlırepertuarı, öz dəsti-xətti, maraqlı aktor və rejissor kollektivi olsa da binasızlıqdan əziyyət çəkirdi. Binasızlıq hər iki teatra böyük problem yaradırdı. Həm də Dövlət Gənclər Teatrının yaradıcısı və bədii rəhbəri, Əməkdar incəsənət xadimi, çox maraqlı aktyor vərejissorHüseynağa Atakişiyevin qəflətən və vaxtsız vəfat etməsi artıq bu kollektivdə böyük ruh düşgünlüyü yaratmışdı...

Həmin vaxtı da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında çox müasir üslubda təmir işləri gerirdi. Elə həmin ilin aprel ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirməyə başladı.

Beləliklə, Dövlət Gənclər Teatrından direktor Həsən Həsənov, quruluşçu rejissor Ağalar İdrisoğlu, aktrisalar- Qəmər Məmmədova, Nəsibə Eldarova, Yasəmən Malik,Zemfira Əbdülsəmədova,ZümrüdQuliyeva, Hüsniyyə Əhmədova, AsyaAtakişiyeva, XalidəƏliməmmədova, İlqarə Tosova, Dilarə Fərəcullayeva,Gülbəniz Lətifova,aktyorlar- Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ayşad Məmmədov, Qurban İsmayılov, Elşən Çarhanlı,Natiq Fərzəliyev ( Aslan), Eldar İmanov, Sərvər Əliyev, Ədalət Əbdülsəməd,Rəşad Səfərov,ElşənHacıbabayev, Anar Səfiyev,Vahid Orucoğlu, Kamera Teatrından- bədii rəhbər, Xalq artisti Cənnət Səlimova, quruluşçu rejissor, Xalq artistiİrina Perlova, aktrisalar- Leyli Vəliyeva, Gülər Nəbiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Şəbnəm Hüseynova, aktyorlardan- Şövqü Hüseynov, Nofəl Vəliyev, Kərəm Hadızadə, Rövşən Abbasov, Vüqar Məmmədəliyev, Aydın Dəmirov, YusifDadaşovartıqhəmin vaxtdan AzərbaycanDövlət Gənc Tamaşaçılar Teatrınınişçisi oldular.

Bununla da teatr, artıq üç teatrın əsasında yaranan çox maraqlı bir kollektivə çevrildi. Başqa teatrlar artıq bu teatrın rejissor, aktyor, aktrisa, inzibati və texnikiheyyətinə həsəd apara bilərdilər. Elə də oldu və teatr az bir vaxtda bir-birinin ardınca maraqlı tamaşaları ərsəyə gətirdi. Teatra tamaşaçı marağı daha çox artdı.
Kollektiv 2010-cu il 4-11 iyun tarixlərində Krım Muxtar Respublikasının paytaxtı Sinferopol şəhərində keçirilən XII Beynəlxaq Antik İncəsənət Festivalında GilermaFiqeyredonun "Ezop" tamaşası ilə çıxış edərək, festivalın ən yaxşı Antik tamaşa mükafatına layiq görüldü.

2011-ci il 4-8 fevral tarixlərində İran İslam Respublikasının Qurqan şəhərində keçirilmiş 32-ci Beynəlxalq "Fəcr" Teatr Festivalında müvəffəqiyyətlə çıxış edən kollektiv "Otello" tamaşası ilə çıxış edərək, uğurlu nailiyyətlərlə vətənə döndü. 2011-ci ilin may ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-ə üzv seçilməsi teatr sahəsində yaradıcılıq mübadiləsi və dünya teatr məkanına inteqrasiya baxımından olduqca əhəmiyyətli hadisə oldu. Bir müddət sonra isə həminBeynəlxalq qurumun Azərbaycanda milli mərkəzi yaradıldı. 2011-ci ilin noyabr ayında Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirilən ərəfədə ASSİTEJ-in prezidenti İvetta Hardinin iştirakı ilə Milli Mərkəzin ilk toplantısıkeçirildi. 2012-ci ilin fevral ayında Beynəlxalq ASSİTEJ-in növbəti toplantısıda Bakıda keçirildi vəASSİTEJ-ə üzv olan 22 dövlətin teatr mütəxəssisləri Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə yaxından tanış oldular. 2012-ci ilin noyabr ayında ASSİTEJ- Azərbaycan Milli Mərkəzi və Gənc Tamaşaçılar Teatrı olaraq II Bakı Beynəlxalq teatr konfransının işində yaxından iştirak edərək, gələn il üçün bir neçə beynəlxalq layihələrin reallaşması istiqamətindəmaraqlımüqavilələr imzaladı.

84-cü mövsümə uğurla start verən teatrın yaradıcı kollektivi 2011-ci ilin 10-20 noyabr tarixlərində Sankt-Peterburqda keçirilən II Beynəlxalq "ArtOkraina" mono və kiçik həcmli tamaşaların festivalında PatrikZüskindin "Kontrabas" monotamaşası ilə uğurla çıxış etdi. Bu tamaşadakı rolu ifa edən Əməkdar artist Sövqü Hüseynovun peşəkarlığı yüksək qiymətləndirildi.

Kollektiv Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edərək, Avstriya dramaturqu və publisisti Peter Turrininin "Axır ki…" adlı monotamaşası ilə ölkəmizi layiqincə təmsil etdi. 2012-ci ilinyanvar ayının 28-dən, fevral ayının 2-dək teatrın başqa bir heyəti İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü "Fəcr" Beynəlxalq Teatr Festivalında çıxış etmək üçün İran İslam Respublikasına səfər etdi. Festivalda yaradıcı heyət görkəmli İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun "Don Rafael trombonçu" tamaşası ilə çıxış etdi və böyük uğur qazandı.

85-ci teatr mövsümünün ilk ayı - sentyabr ayının 6-dan - 11-dək kollektiv Belarusiya Respublikasının Brest şəhərində ənənəvi olaraq keçirilən XVII Beynəlxalq "Belaya Veja" adlı Teatr Festivalında yenə də "Don Rafaello tranbomçu" tamaşası ilə uğurla çıxış etdi və burada da böyük nailiyyətqazandı.

Teatrınfesfivalda ən son uğuru isə 2023-cü ilin sentyabr ayının 25-də Qırğızıstanın Bişkek şəhərində keçirilən “ART-ORDO 2023” IX Teatr Festivalında Ülviyyə Heydərovanın “İnanıram” ( quruluşçu rejissor Elşad Rəhimzadə)adlı monotamaşasındakı roluna görə Zemfira Əbdülsəmədova “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görüldü.

Bir vaxtlar bu teatrınAzərbaycan bölməsininbaş rejissorlarıişləmiş- ilk azərbaycanlı qadın peşəkar rejissor, Əməkdar incəsənət xadimi Ulduz Rəfli-Əliyeva, Əməkdar incəsənət xadimi Hüseyn Sultanov, Xalq artisti Ağakişi Kazımov,Xalq artisti Azər Paşa Nemətov, Əməkdar artistLoğman Kərimov, Xalq artisti Cənnət Səlimova, Əməkdar incəsənət xadimi Bəhram Osmanov və rus bölməsinin baş rejissorları olmuşXalq artisti Yuli Qusman, Xalq artisti Cahangir Novruzovda teatrın repertuarının qurlumasında, aktyor və aktrisaların peşəkarlığının artmasında çox iş görüblər.

Repertuar teatrın güzgüsü və siyasətidi

Yeni təmirli və hər cürəavadanlıqlarla təmin olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilərək qısa zaman kəsiyində bir sıra müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərinin əsərlərinə bu teatrda müraciət edilib. Bu illər ərzində teatrda -"Şeyx Sənan" (H. Cavid), "Aydın" (C. Cabbarlı), "Məkkəyə gedən yol" (C. Məmədquluzadə), "Albalı bağı" (A. P. Çexov), "Otello", “Romeo və Cülyetta”, “III Riçard” (U. Şekspir), "Ezop" (G. Fiqeyredo), "Hekayəti xırs quldurbasan" (M. F. Axundzadə), "Viktoriya" (K. Hamsun), "İfritin kələyi" (Y. Şvarts), "Ələddinin sehrli çırağı" (Ərəb xalq nağılı), "Axırıncı qatar və yaxud itlər" (İ. Fəhmi, O. Kazımi), "Şelkunçik" (E. T. A. Hofman), "Yatmış gözəl" (B. Marvin), "Oliver Tvistin macəraları" (Ç. Dikens), "Mənim ağ göyərçinim",“Cəza”( T. Vəliyeva), "Göyçək Fatma" (Azərbaycan Xalq nağılı), "Əcəl atı" (V. Əlixanlı), "Mən səni sevirəm – MSS" ( Ə. Əmirli), "Məhv olmuş gündəliklər" (İ. Əfəndiyev), "Buzovna kəndinin əhvalatları" (Elçin), "Şahzadə Xəzərin nağılı" (K. Ağabalayev), "Pələng ili" (Firuz Mustafa), "Əlincə qalası" (Dilsuz), "Qaraca qız" (S. S. Axundov, A. Şaiq), "Dörd əkizin nağılı" (P. Pançev),“Aycan” (X. Əlibəyli), "Mən gəldim, qızlar" ("Müharibə" L. Nuren), "Buratinonun macəraları" (A. Tolstoy), "Balaca və damda yaşayan Karlson" (A. Lindqren), "İtalyansayağı xoşbəxtlik" (D. Fo, P. Filippo), "Danışan gəlincik" (A. Şaiq), "Hasarın o üzü" (Ə. Əmirli),“Qağayı” ( A. P. Çexov), “Mauqli” ( R. Kiplinq), “Kod adı VXA” ( M. Ələkbərzadə),“Antiqona” (Jan Anuy), “Fiqaronun toyu” ( Pyer Bomarşiye) və başqa bu kimi əsərlər böyük müvəffəqiyyətlə səhnələşdirilib. Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşlərinin formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sıra əhəmiyyətli layihələrə imza atıb. Belə ki, ölkənin qabaqcıl təhsil müəssisələri ilə "Teatr, təhsil və mənəviyyatımız", "Biz teatrı sevirik", " İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci", Azərbaycanın dahi şəxsiyyətlərini daim diqqətdə saxlayan "Zirvədəki şəxsiyyətlər", Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" layihələrini həyata keçirib.Bu gün dəteatr Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi ilə bir-birindən maraqlı layihələr üzərində işləyir. Bu layihələrləteatr məktəbliləri teatr tamaşalarına daha çox cəlb edəcək və məktəblərdə dram dərnəklərinin yaranmasında böyük işlər görəcək. Bununla da məktəblilər arasında narkomaniyanın azalmasınavə təhsilə, teatra marağınartmasına səbəb olacaq. Axı tarixlər boyu təhsillə teatr arasındakı yaxınlıq həmişə millətimizin uğurlu sabahı olan məktəblilərimizə, tələbələrə və yeniyetmələrə böyük uğur gətirib. Bu, həm də dövlətimizin ən böyük siyasətlərindən biridir. Bunu həm Təhsilə rəhbərlik edənlər və həm də Mədəniyyətə rəhbərlik edənlər yaxşı bilir.

Bundan başqa, "Azərbaycan Teatrı 2009–2019 illərdə" Dövlət Proqramı, Heydər Əliyevin 90 və 100illik yubileyləri, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və 150, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının 85-90-95illik yubileyləri çərçivəsində uşaq və gənclərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, Beynəlxalq əlaqələri, Dövlətimizin Azərbaycan Milli Teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı, eləcə də, görkəmli sənət adamları haqqında məlumatları genişləndirmək məqsədləri ilə "Mən teatr haqqında danışmaq istəyirəm" layihəsi keçirilib. Hətta Səbail rayon orta ümumthəsil məktəblərini əhatə edən layihə çox böyük maraqla qarşılanıb və bu haqda mətbuatda çox yazılıb.
Ölkə başçısınının müvafiq sərəncamı ilə 2012-ci il Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli dramaturq və mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyiölkə səviyyəsindəqeyd olunub. Eyni zamanda 2012-ci il TÜRKSOY çərçivəsində "Mirzə Fətəli Axundzadə İli" elan olunub. Məhz bunun nəticəsi olaraq, hazırda teatrda böyük dramaturqun dörd tamaşası oynanılır. Bunlar -"Hekayəti-xırs quldurbasan", "Lənkəran xanının vəziri", "Hacı Qara", "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşalarıdır. Paytaxtda keçirilən festival çərçivəsində teatrda M. F. Axundzadə tamaşalarından ibarət həftəlik çıxışlar keçirilib.
Teatr müxtəlif vaxtlarda Rusiya, Türkiyə, İran, Gürcüstan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Şri-Lanka, Belarusiya, Özbəkistan və başqa ölkələrdə beynəlxalq teatr festivallarında və qastrol səfərlərində uğurla çıxış edib.

Heç şübhəsiz ki, uşaq və yeniyetmələrin, eləcə də gənc nəslin mənəvi-estetik zövqünün formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə edilib böyüməsində bu mövzularda hazırlanantamaşaların müstəsna rolu olub. Bu gün teatrın repertuarı kiçik yaşlı uşaqlar, gənc və yeniyetmələr, böyüklər üçün maraqlı tamaşalarla zəngindir. Bir sözlə, “7-dən 77-yə” qədər bütün yaş qrupunu əhatə edən tamaşaçıları teatrda hər zaman görmək olar. Teatrda hazırlanan tamaşalar arasında bu gün ümumtəhsil məktəblərində tədris olunan bir çox Azərbaycan və dünyaklassik dramaturqların məşhur əsərləri də var. Çox arzu edərdik ki, teatrla məktəblərimiz arasındakı əlaqələr daha da genişlənsin, daha da sıx olsun. Çünki, Dövlət Milli Gənc Tamaşaçılar Teatrı eyni zamanda məktəb təmayüllüdür. Həm də teatrda yeniyetmə və gənclərlə iş üzrə xüsusi pedaqoqlar çalışır. Onlar da teatrı sevdirmək üçün böyük iş görürlər.

Bu illər ərzində dünya teatrları iləDövlət Milli Gənc Tamaşaçılar Teatrınınqarşılıqlı yaradıcılıq əlaqələri uğurla davam etdirilib. Buna misal olaraq,2012-ci ilin noyabr ayında Rusiya Federasiyasının Həştərxan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, 2013-cü ilin mart ayında Kalmıkiya Respublikasının B. Basanqov adına Milli Dram Teatrı Bakıda qastrol səfərində olub. Teatr rəhbərlikləri arasında bağlanılmış qarşılıqlı qastrol səfəri haqqındakı müqaviləyə əsasən 2013-cü ilin sentyabr ayının 29-dan oktyabr ayının 7-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya RespublikasınınB. Basanqov adına Milli Dram Teatrlarında qastrol səfərində olub və RəsulRzanin "Ana qaz" (quruluşçu rejissor Nicat Kazımov), L. Nurenin "Müharibə" ( quruluşçu rejissor Bəhram Osmanov), P. Züskindin "Kontrabas" tamaşaları ilə çıxış edib. Teatrın kollektivi 2013-cü ilin mart ayının 26-dan - 4 aprel tarixlərinədək ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo Beynəlxalq Monotamaşalar Festivalında iştirak edərək P. Züskindin "Kontrabas" tamaşasını nümayiş etdirib. Buradakı rolun ifaçısı, Əməkdar artistŞövqü Hüseynovun çıxışı maraqla qarşılanıb. Həmin ilin may ayının 12-dən - 19-dək kollektiv yenidən "Kontrabas" tamaşası ilə Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında iştirak edib. Hər iki festivalda tamaşa böyük maraqla qarşılanaraq mükafatlara layiq görülüb. 2013-cü ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı yenidən Azərbaycanda qastrol səfərində olub, 2014-cü ilin may ayında Kalmıkiya Milli Dram Teatrının Azərbaycanda qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdu.2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunmuşdu. Aprel ayının ilk günlərinə təsadüf edəcək qastrol çərçivəsində kollektiv M. F. Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", Y. Şvartsın "Qırmızı papaq" vəR. Ağayevin "Bir gecənin nağılı" tamaşalarını nümayiş etdirib.

2013-cü ilin dekabr ayında teatrın kiçik səhnəsinin açılış mərasimi keçirilib. Mono və kiçik həcmli tamaşalar üçün nəzərdə tutulmuş səhnədə S. Bekketin "Sözsüz", M. Vahidzadənin "Bir səbət tənhalıq", R. Ağayevin "Bir gecənin nağılı" , T. Vəliyevanın “Cəza”,U. Luisin “İstədiyim kimi yaşamışam” ,Pərvin Nurəliyevanın “Mən öləndə ağlama”, Jan Koktonun“Biganə məşuq”, Benkt Alforsun “Otuz beş ildən sonra”, PatrikZüskintin“Kontrabas”, Nikolay Qoqolun “Dəlinin qeydləri”tamaşaları teatrın kiçik səhnəsində böyük uğurla nümayiş olunur.

Ülviyyə Heydərovanın“İnanıram” tamaşası da baxmayaraq ki, monotamaşadır, amma tesatrın böyük səhnəsində oynanılır. Bu tamaşada oynadığı rola görə Zemfira Əbdülsəmədova Qırğıstan Respublikasının Bişkek şəhərində keçirilən “ART-ORDO 2023”IX TEATR Festivalda “Ən yaxşı qadın” nominasiyası üzrəmükafatalayiq görülüb. Eləcə də Zemfira Əbdülsəmədova Azərbaycan Mədəniyyət Nazirliyinin keçirdiyi festivalda da ən yaxşı aktrisa kimi mükafata layiq görülüb.

Hal-hazırda teatrda ciddi yaradıcılıq işləri gedir. Yeni tamaşaların hazırlanması ilə yanaşı, bir neçə ölkədə keçiriləcək festivallarda iştirak etmək üçün həmin festivalların rəhbərləri ilə danışıqlar aparılır. İnanırıq ki, bu layihələr də baş tutacaq və teatr həmin fesfivallardan da mükafatlarla qayudacaq.

Teatrda müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərindən Uilyam Şekspirin, Jan Batist Molyerin, Fridrix Şillerin, Karlo Qoldoninin, Fonvizinin, Aleksandr Puşkinin, Aleksandr Ostrovskinin, Nikolay Qoqolun, A. P. Çexovun, Mirzə Fətəli Axundzadənin, Nəcəfbəy Vəzirovun, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Süleyman Sani Axundovun, Abdulla Şaiqin və başqalarının əsərləri də öz əksini tapıb.

Azərbaycan Milli teatr sənətinin ayrılmaz qolu olan DövlətMilliGənc Tamaşaçılar Teatrıyarandığı bu 97 ildəAzərbaycan teatr sənətində əbədi yaşayacaqbir sıra müqtədir səhnə xadimləri yetişdirib. Bunlardan bir çoxu sonralaröz yaradıcılıqlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və başqa teatrlardadavam etdirib.Bu gün teatrın siması sayılanXalq artistləri Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıxov, Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy Sıqankov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz Qurbanova, Tariel Qasımov, Ağaxan Salmanlı, Əminə Yusifqızı, Rafiq Əliyev, Yasin Qarayev, Lətifə Əliyeva, Qurban İsmayılov, Nübar Novruzova, Naibə Allahverdiyeva,Əməkdar artistlər Məmmədağa Dadaşov, Osman Hacıbəyov, Rəhilə Məlikova, Susanna Məcidova, Məfxurə Yermakova, Həsən Əbluc, Firdovsi Naibov, Tamara Razumovskaya, Anatoli Dobronetski, Arnold Xarçenko, Cəvahir İskəndərova, Ruxsarə Ağayeva, Mübariz Paşayev ( Əlixanoğlu), Azər Mirzəyev, Mübariz Həmidov,Ayşad Məmmədov, Rafiq Hüseynov, Ədalət Məmmədov, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Rahib Əliyev, Atabala Səfərov, Vahid Əliyev,Elşən Rüstəmov, Nicat Kazımov, Kübra Dadaşova,KəmaləMüzəffər,Elnur Kərimov, Elnur Hüseynov, Qəmər Məmməova, Mehriban Abdullayeva, Nəsibə Eldarova,İlham Əsədov,Elşən Çarhanlı, LeyliVəliyeva, Gülər Nəbiyeva, KüşfərŞərifova, Şövqü Hüseynov,Nofəl Vəliyev, Rasim Cəfərvə başqalarıartıq Azərbaycan teatr tarixində özünəməxsus yer tutublar. Adları qeyd edilən sənətkarlarla bərabar hazırda Azərbaycan Dövlət MilliGənc TamaşaçılarTeatrındafəxri adları olmayanonlarla başqa istedadlı və perspektivli aktyorlar, aktrisalardaçalışır. Baxmayaraq ki, fəxri adları yoxdur, amma heç də fəxri adları olanlardan pis, istedadsız aktyorlar, aktrisalar deyillər. Onların hər biri tamaşaçıların sevimlisidi. Bu aktyorların da ən azındanotuz nəfəri özlərinin teatrdakı uzun illik fıəaliyyətinə və istedadlarına görə fəxri adlara çoxdanlayiqdirlər.Ammabilmirəm hansı səbədənsə hələ də onlara fəxri adlar verilmir...

Azərbaycan milli teatr sənətinin inkişafında uzun illik səmərəli fəaliyyətinə görə Azərbaycan Dövlət MilliGənc Tamaşaçılar Teatrında hazırdabeşXalq artisti,birƏməkdarİncəsənət Xadimi,on ikiƏməkdar artist, birƏməkdar mədəniyyət işçisi, üçPrezidentin Fərdi Təqaüdçüsü,onPrezident mükafatçısı çalışır. Bundan başqa teatrınyeddiaktyoru 2013-cü ilin iyun ayında vəikiaktyoru 2014-cü ilin mart ayının 7-də Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi“Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.

Bu gün teatrın ədəbi işlər üzrə rəhbəri, Əməkdar mədəniyyət işçisi, daramturq Rafiq Rəhimli, teatrın truppa müdiri, aktyor Ələsgər Muradxanlı, baş rəssam Mustafa Mustafayev, Bədii-quruluş hissə müdiri Zəminə Elbir, quraşdırma sexinin rəisi Zaur Abasov, işıq sexinin rəhbəri Vadim Quskov, səs sexinin rəhbəri İradə Muradova, əlbəsə sexinin rəhbəri Aliyə Abbasova, dülgər sexinin rəhbəri Nazim Nadirov, rəssam-dekorator Elnur Babayev, kastyum sexinin rəhbəri Günel Əliyeva, qrim sexinin rəhbəri Vüsalə Abbasova dəöz işlərinin yaxşı mütəxəssisləridir. Onlar da teatrın inkişafı üçün əllərindən gələni edirlər.

Vaxtı ilə teatrda maraqlı quruluşlar vermiş, bu teatrı ümumittifaq səviyyəsində tanıtmışXalqartistləri Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Tofiq Kazımov, Ağakişi Kazımov, Azərpaşa Nemətov, VaqifƏsədov, Rafiq Əliyev,Əməkdarİncəsənət xadimləri Zəfər Nemətov, Hüseyn Sultanov, Ulduz Rəfili-Əliyeva, Bəhram Osmanov,MehribanƏləkbərzadə,Əməkdar artistlərKərim Həsənov, Loğman Kərimovkimi rejissorları indi, Xalq artistiCənnət Səlimova, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu,Əməkdar artist Nicat Kazımov,rejissor Elşad Rəhimzadə kimi istedadlı rejissorlar yüksək səviyyədə əvəz edirlər. Onlar da əvvəlki sələfləri kimi teatrdamaraqlı tamaşalar hazırlanmasında əllərindən gələni edirlər. Teatrın əvvəliki uğurlarının qorunmasına və daha da artmasına böyük coşqu ilə çalışırlar. Axı teatra tamaşaçı onun maraqlı, otijinal tamaşalarına görə gəlir. Bax, bu sahədəAzərbaycanDövlət Milli Gənc TamaşaçılarTeatrı özünün peşəkar tamaşaları ilə respublikanın bütün teatrlarından seçilir. Məhz buna görə də bu teatr xalqın sevimli teatrıdır və hər bir tamaşası anşlaqla gedir.

Dahi Hüseyn Cavidin teatrla bağlı çox maraqlı bir kəlamı var: “Mən sənətdən aldığım zövqü heç bir şeydən almam. Buna görə də o atəşin zəkaya qarşı pək, dərin və səmimi hörmətlər bəslərəm...”

Ölkəmizin başıçısı, Ali Baş Komandanımız, teatr sənətinə böyük məhəbbətiolan cənab İlham Əliyev də teatra olan sevgisini bu sözlərələ ifadə edib: “Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdir. Beləliklə, Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır”.

Biz də bir millət, qalib xalq olaraq teatrlarımızı qorumalı, onların hazırladığı tamaşalaragetməli və sənət ustalarımızla fəxr etməliyik. Axı teatr millətin ülvi sənət nümunəsi və məbədidir. Bu məbəddə çalışanlar da Ulu Tanrı tərəfindən seçilmişlər və ülvi insanlardır. Onları sevmək və onlara böyük hörmət etmək bir millət kimi hamımızın müqəddəs borcudur.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi,
Azərbaycan DövlətMilli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru

May-iyun 2024-cü il

P.S. Bu yazının ərsəyə gəlməsində, mənə lazım olan dəqiq faktlar, məlumatlarverdiyinə görəXalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü,əlli ildir ki, Milli Gənc Tamaşaçılar Teatrında aktyor işləyəndostumYasinQarayevə dərin təşəkkürümü bildirirəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
sia.az

4Mənbələr