AZ

Canan Karataydan XƏBƏRDARLIQ: Kişilər düyü plovunu ağızlarına belə vurmasınlar,  keçəlliyə səbəb olur

Canan Canan Karataydan XƏBƏRDARLIQ: Kişilər düyü plovunu ağızlarına belə vurmasınlar,

Türkiyənin aparıcı səhiyyə ekspertlərindən olan Prof. Dr. Canan Karatay kişilərdə tez-tez rast gəlinən keçəllik problemi və düyü plovunun bu vəziyyətə təsiri ilə bağlı mühüm açıqlamalar verib.

E-saglam.az xəbər verir ki, düyü plovu yemək kişilərdə saç tökülməsinə səbəb ola biləcəyini bildirən məşhur həkim bu mövzuda diqqətli olmağa çağırıb. 

Səhiyyə sahəsində təəccüblü açıqlamaları ilə tanınan Prof. Dr. Canan Karatay bu dəfə düyü qəbulu ilə saç tökülməsi arasındakı əlaqəyə diqqət çəkib. 

Karatayın xəbərdarlıqları

Canan Karatay bildirib ki, düyü insulin dəyərlərinə mənfi təsir edərək saç tökülməsinə səbəb olur: "Bu tamamilə elmi bir həqiqətdir və kitabımda bu mövzudan ətraflı bəhs etmişəm. Saç tökülməsinin əsas səbəbləri insulin balansının pozulması, D vitamini və omeqa 3 çatışmazlığıdır".

Qidalanma tövsiyələri

Karatay saç tökülməsi yaşayan kişilərə qidalanma tövsiyələri verib: "Bol kərə yağı, zeytun yağı və omeqa 3 istehlak edin. Həmçinin D vitamini və B12 əlavələri almağı unutmayın. Sağlam dəri və saçlar üçün günəş işığından yararlanmağınız çox vacibdir. Saçlarınızın daha sağlam uzanmasını istəyirsinizsə, dərinizə qulluq edin və bol-bol günəş vannası qəbul edin”.

Düyünün sağlamlığa mənfi təsirləri

Düyü istehlakı yalnız saç tökülməsinə deyil, bir çox sağlamlıq problemlərinə də yol aça bilər. Ağ düyünün işlənməsi zamanı lif, vitamin və minerallar böyük ölçüdə itirilir. Bu vəziyyətin düyünün tez həzm olunmasına və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olduğunu ifadə edən Karatay, bu vəziyyətin 2-ci tip diabet riskini artıra biləcəyinə diqqət çəkib. O, qeyd edib ki, tez-tez düyü yemək qanda şəkərin davamlı olaraq yüksək olması səbəbindən insulin müqavimətinə səbəb ola bilər.

Digər sağlamlıq riskləri

Karatay, adətən qızardılıb çox yağda bişirilən düyünün yüksək kalorili olduğunu və həddindən artıq yağ istehlakının ürək xəstəlikləri və yüksək xolesterin riskini artırdığını bildirib. O, həmçinin düyüdə digər taxıllardan daha çox arsen ola biləcəyini və bu zərərli maddəyə məruz qalma riskinin arta biləcəyini vurğulayıb. O, əlavə edib ki, düyü qəbul etdikdən sonra bədəndə yorğunluq da yarana bilər.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
21
e-saglam.az

10Mənbələr