AZ

Bakıda 24 təhsil müəssisəsində tibb xidməti yoxdur - RƏSMİ

Bakı şəhərində yerləşən 348 təhsil müəssisəsindən 324-də tibb xidmət təşkil olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yalnız 24 müəssisədə uşaq sayı və yerləşdiyi ərazi, təhsil müəssisəsində şəraitin olmaması və s. səbəbdən hələ tibb xidməti ilə təmin edilməyib.

Təhsil müəssisələrində tibbi xidmətinin təşkili prinsiplərinin hansı formada həyata keçirilməsi məsələsinə gəlincə, bildirilib ki, “Təhsil haqqında” qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
aznews.az

5Mənbələr