Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Astanaya gedib.
Bizim.Media “Kazinform” saytına istinadən xəbər verir ki, hava limanında onu Prezident Kasım-Jomart Tokayev qarşılayıb.
Səfər çərçivəsində ikitərəfli danışıqlar və bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurasının 3-4 iyul tarixlərində keçiriləcək sayca 24-cü sammitində tərəflər arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta