AZ

30 yaşlı qadın intihar etdi

Ötən gün Bakıda intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 31C ünvanında qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Zenfira Həmidova sözügedən binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Hazırda faktla bağlı araşdırma aparılır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
33
big.az

10Mənbələr