AZ

Rəşad Əhmədov sədr təyin olunub

Rəşad Əhmədov "Azərbaycan Sənaye Sığorta” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib. 

Əhmədov 2018-ci ilin iyun ayından indiyə kimi İcbari Sığorta Bürosunda icraçı direktor kimi çalışıb.

Yeni təyinat alan sədr Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD).

O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər "Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə "Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri, 2018-ci ilin yanvar ayından iyun ayına kimi Müşahidə Şurasının üzvü olub.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
anews.az

3Mənbələr