AZ

Putin NATO sammitinin gündəmində əsas hədəfdir

Rusiya Prezidenti Vladimir Putin iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinin gündəmində xüsusi hədəfdir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Xarici Əlaqələr Şurası açıqlayıb.

Şura hesab edir ki, sammitdə müzakirə olunacaq mövzular həm də Rusiya lideri üçün nəzərdə tutulub.

“Ukrayna və ABŞ respublikaçılarına ünvanlanan bütün mövzular həm də Putin üçün nəzərdə tutulub, lakin o, sammitin gündəliyindəki əlavə maddələrin xüsusi hədəfidir”, – deyə, açıqlamada qeyd edilib.

Seçilən
46
1
ikisahil.az

2Mənbələr