AZ

Çin banklarının əksəriyyəti Rusiyadan ödəniş qəbul etmir

Yazını böyüt
Yazını kiçilt

Rusiyadakı iş dünyası sanksiya şərtləri altında beynəlxalq ödənişlər üçün fərqli həll yolları axtarmağa davam edir.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, Rusiyadan Çinə pul köçürmələri ilə bağlı son vəziyyəti araşdırılıb. Mövzu ilə bağlı iş adamlarının verdiyi məlumatlar aşağıdakı kimidir:

Pavel Brun (Materprof şirkətinin meneceri):

- Problem böyük ölçüdə davam edir. Bu vəziyyət rus ruletinə bənzəyir. Çində bir çox bank var ki, hər biri öz siyasətlərini həyata keçirir. Ödənişləri bu və ya digər şəkildə qəbul edən kiçik banklar var. Lakin əksər banklar, xüsusən də iri banklar hələ də ödənişləri qəbul etmir. Amma üçüncü ölkələr vasitəsilə pul köçürmə variantlarını dəyərləndirirlər.

Vitali Vasilyev (Vita International Guangzhou şirkətinin sahibi):

- Vəziyyət gündən-günə pisləşir, çünki Çin Rusiyaya dost münasibət bəsləsə də, iş dünyasının etdiyi pul köçürmələrinə maraq göstərmir. Maneələr aradan qaldırılmayıb.

Roman Kbinkadze (NappyClub şirkətinin sahibi):

- Demək olar ki, bütün ödənişlər Rusiyadan gəlir, bizdə yaşıl işıq yanır, amma problem çinlilərdədir. Pul getmir. Əvvəllər bütün müqavilələr ilkin ödənişlə idi, indi yalnız yükləmədən əvvəl 100 faiz ödənişlə edilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
hafta.az

2Mənbələr