Bu gün Amerika Kubokunda qrup mərhələsinin 3-cü turunun daha 2 oyunu keçirilib.
QOL.az xəbər verir ki, C qrupunda Uruqvay meydan sahibi ABŞ-ı (1:0), Panama isə Boliviyanı (3:1) məğlub edib.
"Turan Tovuz"un panamalı legioneri Roderik Miller bu matç üçün iştirak ərizəsinə daxil edilsə də, ehntiyatda qalıb.
Uruqvay qrup mərhələsini 9 xalla 1-ci, Panama 6 xalla 2-ci pillədə başa vurub. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla 3-cü, aktivində xal olmayan Boliviya isə sonuncu olub.