AZ

Məşhur televiziya Ronaldonu təhqir etdi

İngiltərənin məşhur BBC televiziyası Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonu təhriq edib.

Msport.az xəbər verir ki, bu, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Portuqaliya – Sloveniya oyununun canlı yayımı zamanı yaşanıb.

Telekanal Ronaldonun 105-ci dəqiqədə penaltini qaçırmasına təhqiramiz şəkildə reaksiya verib. Həmin anda ekranda “Misstiano Penaldo” titri peyda olub.

Qeyd edək ki, Portuqaliya millisi 120 dəqiqəsi qolsuz bitən matçın penaltilər seriyasında 3:0 hesablı qələbə qazanıb.

Seçilən
84
1
msport.az

3Mənbələr