AZ

Georgi Mamardaşvili: “Yalnız oynaya bilsəm, “Bayern”ə gedərəm”

Gürcüstan millisinin və “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili “Bayern”in ona maraq göstərməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Arena.az gürcü qapıçının bu barədə cavabını təqdim edir:

“Dünyanın ən yaxşı qapıçısı (Manuel Noyeri nəzərdə tutur – redakorun qeydi) hələ də orada oynayır. Ona görə də hazırda orada fəaliyyət göstərmək mümkün deyil. Yalnız oynaya bilsəm, “Bayern”ə gedərəm”, deyə Mamardaşvili vurğulayıb.

Qeyd edək ki, Georgi Mamardaşvili futbola “Qaqra” klubunda qədəm qoyub. Gürcü qapıçı karyerası ərzində “Dinamo” (Tiflis), “Rustavi”, “Lokomotiv” (Tiflis) və “Valensiya”da çıxış edib.

“Valensiya” gürcü qapıçını 2021-ci ilin iyulunda Tiflis “Dinamo”sundan icarəyə götürüb, 2022-ci ilin yanvarında isə 850 min avro məbləğ müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. Mamardaşvilinin “Valensiya” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə gürcü qapıçı “yarasalar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb. O, bu oyunlarda 41 qol buraxıb, 13 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Mamardaşvilinin “Valensiya”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 100 oyun, 112 buraxılmış qol, 31 “quru” oyun.

Mamardaşvili 2021-ci ilin sentyabrında debüt etdiyi Gürcüstan millisinin heyətində 21 oyun keçirib, 35 qol “yeyib”, 7 oyunda isə qapısını “quru” saxlamağı bacarıb.

Georgi Mamardaşvilinin böyük futbolda heç bir qəniməti olmasa da, 2019/2020-ci illər mövsümündə gürcü qapıçı Tiflis “Lokomotiv”inin heyətində mövsümün qapıçısı seçilib.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 35 milyon avro məbləğidə qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
arena.az

2Mənbələr