AZ

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

Bakı Dövlət Universiteti (BDU) Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (Network of Universities from the Capitals of Europe - UNICA) tamhüquqlu üzvü seçilib.
 
Universitetdən  bildirilib ki, UNICA-nın İsveçin paytaxtı Stokholmda keçirilən Baş Assambleyasında quruma daxil olan üzvlərin səsverməsi ilə BDU quruma tamhüquqlu üzv qəbul edilib. BDU UNICA-da Azərbaycanı təmsil edən yeganə ali təhsil müəssisəsidir.
 
1990-cı ildə yaradılmış UNICA Avropa paytaxtlarında yerləşən universitetlərin institusional şəbəkəsidir və 40 paytaxtdan nüfuzlu qlobal reytinqlərdə top-1000-də təmsil olunan 53 universitetdən ibarətdir. UNICA üzvləri arasında ali təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığı genişləndirməyi və gücləndirməyi, akademik nüfuzu yüksəltməyi və akademik icmalar arasında şəbəkələşməni artırmağı hədəfləyir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
6
moderator.az

7Mənbələr