AZ

Bakıda toyda dava salan şəxs saxlanıldı

Ötən gün Bakıda toyda dava salan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, iyulun 3-də paytaxtın Xəzər rayonunda qonşular arasında baş verən insidentlə bağlı araşdırmalar davam etdirilir.

 

Polis əməkdaşları tərəfindən A.Cahangirova və onun atası H.Cahangirova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aqil Qabil oğlu Bayramov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı aidiyyəti üzrə Cinayət Məcəlləsinin adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix: 4 İyul 2024, 23:28   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
11
pravda.az

10Mənbələr