AZ

Azərbaycan Polisi 106 yaşında -VİDEOÇARX

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib.

 

Senzor.az bildirir ki, videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb: "Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!"

 

Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür.

 

Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

 

Videoçarxı təqdim edirik: 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
32
senzor.az

10Mənbələr