AZ

“Məğlubiyyətin günahkarı o deyil”

“Fransa yığmasının müdafiəsini çətin vəziyyətə saldıq”. Bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Fransaya qarşı 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

O, qələbəyə yaxın olduqlarını bildirib: “Final fitinə 5 dəqiqə qalmış avtoqol nəticəsində buraxılan qolun ardından matç barədə nəsə demək çətindir. Qarşıdakı günlərdə Avro-2024-də keçirdiyimiz bütün görüşləri təhlil edəcəyik. Qapıçımız Kun Kastels bu gün möhtəşəm idi. Məğlubiyyətin günahkarı o deyil. Fransa yığmasının müdafiəsini çətin vəziyyətə saldıq. Təəssüf ki, sonda məğlub olduq”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Fransaya 0:1 hesabı ilə məğlub olan Belçika turnirlə vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
futbolinfo.az

2Mənbələr