AZ

Evə sərxoş vəziyyətdə gələn kişi arvadını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Uğur Kərəmovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.

 

İttihama görə, hadisə 09 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Uğur Kərəmov ailə üzvləri ilə birlikdə yaşadığı evə sərxoş vəziyyətdə gəlib. Bu zaman onun arvadı, zərərçəkmiş Humay Kərimova (şərti) ərinə sərxoş halda evə gəldiyinə və ailəsinə qayğı göstərmədiyinə görə şifahi iradlar bildirib. Qadının sözlərindən əsəbiləşən Uğur onunla mübahisə edib. Sonra o, qadının üzərinə hücum edib əl, yumruq zərbələri ilə arvadının sifət, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək ona xəsarət yetirib.

 

Hadisədən sonra Uğur Kərəmov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 2 İyul 2024, 09:01   
Seçilən
85
pravda.az

1Mənbələr