AZ

Ərdoğan səhiyyə və şəhərsalma nazirlərini dəyişdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki naziri dəyişib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı "Resmi Gazete" hökumət qəzetində dərc olunub.

Sənədə əsasən, Fahrettin Kocanın yerinə Kamal Memişoğlu ölkənin səhiyyə naziri təyin edilib. Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhasekini isə 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurum əvəz edib.

Qeyd edək ki, Koca və Özhaseki daha əvvəl istefa ərizələrini prezidentə təqdim ediblər. Özhaseki qərarını səhhətində yaranan problemlərlə əsaslandırıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
12
teleqraf.com

10Mənbələr