Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə ölkənin səhiyyə naziri postunda Fəxrəddin Qoca Kamal Memişoğlu, Ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki isə, 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurumla əvəzlənib.Yeni təyin olunan nazirlər haqqında ətraflı məlumatı təqdim edirik:Yeni Səhiyyə Naziri Prof. Dr. Kamal Memişoğlu 1966-cı ildə Türkiyənin Trabzon şəhərində doğulub.1990-cı ildə Hacettepe Universiteti Tibb Fakültəsini bitirdikdən 5 il sonra Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında Ümumi Cərrahiyyə İxtisasına yiyələnib.1996-1998-ci illərdə SSK Konya Ereğli Xəstəxanası, PTT Xəstəxanası və Bursa Hərbi Xəstəxanasında Ümumi Cərrahiyyə Mütəxəssisi vəzifəsində çalışıb.1999-2000-ci illərdə Mayami Universitetinin Qaraciyər və Mədə-bağırsaq Transplantasiyası şöbəsində fəaliyyət göstərib.2000-2002-ci illərdə İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Ümumi Cərrahiyyə kafedrasında baş assistent vəzifəsində çalışıb.O, 2002-ci ilin sonunda PTT Xəstəxanasına Baş Həkim, 2008-ci ildə Ümumi Cərrahiyyə üzrə Dosent vəzifəsinə təyin olunub.Beykent Universitetində Səhiyyə İdarəçiliyi üzrə magistr təhsilini 2009-cu ildə tamamlayıb.Memişoğlu, 2002-2012-ci illərdə İstanbul Fatih Sultan Mehmet Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.2012-ci ilin noyabrında İstanbul Anadolu Şimal Bölgəsi İctimai Xəstəxanalar Birliyinin Baş Katibliyinə Tibbi Xidmətlər Başçısı vəzifəsinə təyin olunan Memişoğlu 2014-cü ilin mayında həmin qurumun Baş katibi olub.2016-cı ildə Səhiyyə Elmləri Universiteti Fatih Sultan Mehmet Sağlamlıq Təcrübəsi Araşdırma Mərkəzinə Ümumi Cərrahiyyə Fakültəsi Üzvü olaraq professor vəzifəsinə təyin edilib.2016-cı ilin oktyabrından İstanbul Vilayət Sağlamlıq Müdiri vəzifəsində çalışıb.Evlidir, üç övladı var.Yeni Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum 1976-cı ildə Ankarada anadan olub.1999-cu ildə Səlcuq Universiteti Mühəndislik və Memarlıq Fakültəsi İnşaat Mühəndisliyi ixtisasını bitirən Kurum, 1999-2005-ci illərdə müxtəlif özəl təşkilatlarda çalışıb.O, 2005-2006-cı illərdə TOKİ Ankara İcra Departamentində ekspert, 2006-2009-cu illərdə TOKİ İstanbul İcra Departamentinin Avropa Yakası İcra Şöbə Müdiri, 2009-2018-ci illərdə isə TOKİ-nin törəmə şirkəti Emlak Konut GYO AŞ-nin baş direktoru vəzifələrində çalışıb.2018-ci ildə birinci dəfə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Naziri təyin edilib.2023-cü ilin sonunadək həmin postdakı vazəifəsini davam etdirməli olan Kurum, 14 May 2023-cü ildə keçirilən prezident seçkilərində AKP-nin 28-ci çağırış İstanbul Millət vəkili seçilib.O, 31 mart keçirilən yerli idarəetmə seçkilərində Xalq Alyansının İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına (İBB) namizədi olub.Evlidir və üç uşaq atasıdır.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta