Türk kəşfiyyatı Suriyada sahəyə çıxıb - Video
Təhlükəsizlik mənbələri Suriyada baş verən təxribatlardan sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı vəziyyəti nəzarətə götürmək üçün sahəyə çıxdığını və prezident Ərdoğana anbaan məlumat verildiyini açıqlayıb.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, Türkiyə kəşfiyyatı Suriyanın şimalında baş verən təxribatlardan sonra işə qarışmaq məcburiyyətində qalıb.
“Milli Kəşfiyyat Təşkilatı Suriyadakı vəziyyətə nəzarət etmək, əmin-amanlıq və təhlükəsizliyi təmin etmək üçün sahədə intensiv iş aparır və prezidentimiz mütəmadi olaraq məlumatlandırılır və sahə üzrə bütün qurumlarla koordinasiya aparılır”,- təhlükəsizlik mənbələri qeyd edib.
Video: My Webpage
E. KAMAL