AZ

Türkiyədə iki nazir istefa verdi - YENİ TƏYİNATLAR

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və səhiyyə naziri Fahrettin Koca vəzifələrindən istefa veriblər.

Bizim.Media  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Mehmet Özhaseki və Fahrettin Kocanın yerinə müvafiq olaraq Murat Kurum və Kemal Memişoğlu təyin ediliblər.

Türkiyə Prezidentinin buna dair qərarı “Rəsmi” qəzetdə yayımlanaraq qüvvəyə minib.

Qeyd edək ki, Türkiyənin yeni təyin olunan səhiyyə naziri Kemal Memişoğlu 2016-cı ildən indiyədək İstanbul şəhər səhiyyə müdiri vəzifəsini icra edib. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə 2018-2023-cü illərdə eyni vəzifədə işləyib.


Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
10
bizim.media

10Mənbələr