AZ

Beynəlxalq Maliyyə Korporasiyası ilə COP29-da iqlim maliyyəsi müzakirə edildi

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə (İFC) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müəyyənləşdirilmiş hədəflər və iqlim maliyyəsi üzrə ümumi öhdəliklərlə bağlı məsələlər müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İFC-nin iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüsson arasında keçirilən görüşdə aparılıb.

M. Cabbarov C. Fergüssonla videokonfrans formatında görüş keçirib.
Görüşdə Azərbaycanda keçiriləcək COP29 tədbiri, "yaşıl" keçid, sahibkarlığın inkişafı məsələləri nəzərdən keçirilib.

Tərəflər COP29 çərçivəsində müəyyənləşdirilmiş hədəflər, iqlim maliyyəsi üzrə ümumi öhdəliklər və digər potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
5
bizim.media

10Mənbələr