AZ

"Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb"- Blinken

Image

“Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb”. Bunu ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.

“Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var və hesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələr arasında əlaqələrin qurulması baxımından regionda böyük imkanlar yaradacaq. Azərbaycan bu işdə çox böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən mümkündür. Mən təxminən bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm ki, bu mümkündür və tam mənada Azərbaycanla Ermənistanın, həmçinin bütün regionun maraqlarına xidmət edir”, - deyə A.Blinken qeyd edib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
7
baki-xeber.com

9Mənbələr