AZ

Azərbaycanda "manatlıq" taksilər tarixə qovuşur

Nazirlər Kabinetinin ölkədə istehsal tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəyi ilə bağlı qərarı bu gündən qüvvəyə mindi. Qanun bu gün qüvvəyə minsə də, artıq bir neçə gündür Bakıdan Sumqayıt və Abşeron istiqamətinə sərnişindaşıma ilə məşğul olan sürücülər qiymətləri qaldırıblar.

Vətəndaşlar deyir ki, əvvəl olduğu qədər taksi tapa bilmirlər, tapdıqları taksilər isə Bakıdan-Sumqayıta 2 və ya 2,5 manata sərnişin apardıqlarını deyirlər.

Sumqayıt istiqamətində sərnişindaşıma xidmətindən daima istifadə edən K.Cəfərov qeyd edir ki, ötən gün axşam saatlarında paytaxtın "20 Yanvar" dairəsində Sumqayıt şəhərinə taksi tapa bilməyib:

"Ümumiyyətlə "manatlıq taksi" deyə vurğulanan bu xidməti adi sürücülər həyata keçirir. Yəni, bu yolu onsuzda evinə gedən insanlar yanacaq pulunu çıxartmaq üçün yolüstü sərnişin götürürlər. Amma təəssüf ki, həm yeni qaydalar, həm də yanacaq qiymətlərinin tənzimlənməsi bizi də çətin vəziyyətə salıb. Axşam saat 18:00-dan sonra bu ərazidə o qədər insan olur ki, maşınlar yer tapmır saxlamağa. Hətta avtobus belə dayanacağa girə bilmir. Lakin maşınlar adambaşına 2 manatdan aşağı aparmır. Saatlarla gözləyirik ki, bir insaflı sürücü çıxsın, minək, evimizə gedək".

Səməd Vurğun bağının ətrafından Hövsan qəsəbəsinə sərnişin aparan minik avtomobillərində də vəziyyət eynidir. Mikroavtobuslar sərnişinləri 1,50 manata (əvvəl 1 manat idi), fərdi avtomobillər isə 2 manata, bəzən hətta 3 manata da aparırlar.

Redaksiyamıza müraciət edən sərnişinlərdən biri qeyd edir ki, işdən evə gedərkən çətinlik çəkirlər:

"Metroda sıxlıqdan danışılası deyil. Güc-bəla ilə metronun "28 May" stansiyasına gəlib çatırıq. Səməd Vurğun bağının yanından evimizə getməyə maşın tapmırıq. Yanacaq qiymətləri yeni qalxıb, dünənə qədər 1 manata gedilən yolda nə ciddi dəyişiklik oldu axı? Bir az insaf da yaxşı şeydir. Heç olmasa 1,5 manata aparın, 2 manat, 3 manat nə deməkdir? Bir ailədən iki nəfər Hövsandan işə gəlib-gedirsə, elə aylıq maaşlarının yarısı yolda qalmalıdır?"

Sosial şəbəkələrdə, bəzi internet resurslarında isə "manatlıq taksilər tarix olub" deyə yazılar paylaşılıb.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyat rentabellə çalışmır:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
2
publika.az

2Mənbələr