AZ

Qazaxıstanın dörd şəhərində terror təhlükəsi səviyyəsi “sarı”ya QALDIRILDI

İyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və Çin Xalq Respublikası Sədrinin dövlət səfəri də daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək.

Bizim.Media xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Astana şəhərində mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar ölkə vətəndaşlarına müraciət edib.

Belə ki, Astana, Almatı, Karaqanda və Kökşetau sammit üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə, dörd şəhərdə terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırıldığı və sakinlər üçün bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd edilib ki, antiterror əməliyyatlarının keçirilmə zonalarında fiziki şəxslərin və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
15
bizim.media

10Mənbələr