Digər tərəfdən, benzinin qiyməti artırılsa da, elektromobillər hamı üçün əlçatan olmadığından sürətli elektromobilləşmə gözlənilmir.
Dəfələrlə vurğuladığım kimi, bizim ölkəmizdə avtomobil çox deyil, əksinə azdır. Sadəcə ictimai nəqliyyat bərbad olduğuna görə insanlar əllərində olan və avtomobil sayıla biləcək hər şeydən gündəlik istifadəyə məcburdurlar. Fərdi avtomobillərdən istifadəni azaltmağın yeganə düzgün yolu komfortlu, dəqiq qrafiklə işləyən, hər yerdə əlçatan olan ictimai nəqliyyatdır...
Dizel yanacağının qiymətinin artırılması isə ictimai nəqliyyatın xərclərini də artıracaq (Bakıda CNG ilə işləyən avtobuslar istisna olmaqla, ölkənin avtobus parkı az qala tam olaraq dizellə işləyir).
Dizel yanacağının qiymətinin artırılması kommersiya yükdaşımalarının da maya dəyərini artıracaq, çünki yük avtomobillərinin də mütləq əksəriyyəti dizellə işləyir.
Ümumiyyətlə yanacaq qiymətinin artımı ölkədə bütün sahələrdə inflyasiyaya təkan verən əsas amillərdən biridir...".
Əlavə şərhə ehtiyac varmı?!
"Təzadlar"