AZ

Digər ölkələrRusiya BMT TŞ-də Yaxın Şərqdəki münaqişə ilə bağlı iclas keçirəcək

Rusiyanın BMT-dəki daimi nümayənliyi Təhlükəsizlik Şurasında Yaxın Şərqdə davam edən münaqişəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirəcək.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, iclas xarici işlər nazirləri səviyyəsində keçiriləcək və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək:

"İclasda müzakirələrin mərkəzində Qəzzada davam edən eskalasiya və onun fəlakətli nəticələri olacaq. Toplantı iki gün ərzində - iyulun 16 və 17-i tarixlərində baş tutacaq".

Qeyd edək ki, iyul ayı ərzində Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
8
far.az

10Mənbələr