AZ

"Russneft" Azərbaycandakı aktivlərindən çıxdı

Məşhur "Russneft" Neft-Qaz Şirkəti Publik Səhmdar Cəmiyyəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Russneft"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edən Britaniya-Virciniya şirkəti "GEA Holdings Ltd." ilə əlaqələrini kəsib. GEA vasitəsilə "Russneft" "Abşeron", "Binəqədi", "Nefteçala" və "Şirvan" yataqlarının işlənməsində iştirak edib.

Kayman adalarından olan dörd şirkət də "Russneft"in strukturundan xaric edilib. Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə “Russneft” 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlayıb.

Beləliklə, "Russneft"in xarici istehsal aktivləri qalmayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
19
bizim.media

10Mənbələr