AZ

İsrailin “Hizbullah”a qarşı əməliyyatları bu ay başlaya bilər

"İsrailin Livanın cənubunda əməliyyatı iyulun 15-dən sonra başlaya bilər".

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bild" məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələrinin əməliyyatı üçün gözlənilən başlanğıc dövrü iyulun üçüncü və ya dördüncü həftəsidir. Əməliyyatın məqsədi ərəb ölkəsində yerləşən "Hizbullah" şiə qruplaşması ilə mübarizə aparmaq olacaq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adlı hərbi əməliyyata başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
7
olaylar.az

10Mənbələr