AZ

Moldova üçün qaz 366 avroya qədər BAHALAŞACAQ

Moldovanın Avropa İttifaqı (Aİ) bazarında aldığı qazın qiyməti iyulda 1 min kubmetr üçün 349 avrodan 366 avroya qədər artacaq.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Moldovaqaz” paylama şirkətinin rəhbəri Vadim Çeban bildirib.

 

“Moldovaqaz SC və “Energocom” SC arasında təbii qazın alınmasına dair müqavilə şərtlərinə uyğun olaraq, 2024-cü ilin iyul ayında alış qiyməti 1 MVt/saat üçün 34,43 avro təşkil edəcək ki, bu da 1 min kubmetr üçün 366,34 avroya (ƏDV-siz) ekvivalentdir”, - Çeban öz teleqram kanalında yazıb.

Seçilən
87
7
sfera.az

7Mənbələr