AZ

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.

\"Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, - o vurğulayıb.

Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.
Seçilən
65
19
azxeber.com

10Mənbələr