AZ

ETOPAZ-ın dəstəyi ilə Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirildi

"BAL LİNE" şirkətinin rəsmi ticarət markası "ETOPAZ"ın baş sponsorluğu ilə  30 iyun tarixində Azərbaycan Cüdo Federasiyasının sabiq baş katibinin müavini, görkəmli jurnalist, Azərbaycan idman ictimaiyyətində özünəməxsus yeri olan Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirilib.

Elnur Əşrəfoğlu uzun illər Azərbaycan Televiziyasında, Azərbaycan Cüdo Federasiyasında və "Neftçi"də çalışıb.

ETOPAZ, Azərbaycan Mətbuat Şurası və AFFA-nın dəstəyi ilə keçirilən görüşdə veteran futbolçular, hakimlər, tanınmış jurnalislər, sənət adamları və mərhumun ailə üzvləri iştirak edib.

Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş “Təbriz” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk fiti sabiq FİFA referisi Tahir Süleymanov səsləndirib, topa ilk toxunuşu isə Elnur Əşrəfoğlunun oğlu Mətin edib. Görüş “Təbriz” komandasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Gündüz Abbaszadə 3, mərhumun qardaşıoğlu Əşrəf Şükürov 2 qol vurub. Komandanın daha bir qoluna isə Xanoğlan İmanov imza atıb. Elnur Əşrəfoğlunun oğlu Mətin də “Təbriz” komandasının heyətində çıxış edib. 

"Oyunu sizin üçün Elnur Əşrəfoğlu şərh etdi. Sağ olun, sağlıqla qalın" sözlərini bir daha eşitməyəcəyik. Lakin, Elnur Əşrəfoğlu daima xatirələrimizdə və idman jurnalistika tariximizdə var olacaqdır.

Seçilən
69
6
fanat.az

7Mənbələr