AZ

20 ildir futbol oynayıram, ancaq Nərimanın izləyiciləri məndən çoxdur - Maksim Medvedev

Bakı. Trend:

Onlar neqativ yanaşmırlar. Sadəcə öz fikirlərini deyirlər.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu "İdman Bizimlə”nin qonağı olanAzərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Maksim MedvedevNəriman Axundzadə ilə bağlı səslənən tənqidlərə münasibətbildirərkən deyib.

O bildirib ki, "Qarabağ"ın gənc oyunçusu ilə bağlı məsələyəneytral yanaşır: "Nərimanla söhbətimiz zamanı o, gileyləndi ki,Vaqif Cavadov mənim haqqımda belə danışıb. Dedim, Nəriman səndəndanışıblar deyə sən onu neqativ qəbul edirsən. Ancaq mən neytralbir adam kimi deyə bilərəm ki, Vaqif sadəcə fikirlərini bildirib.Ona bir misal çəkdim. Mən iyirmi ildir futbol oynayıram, beş yüzdənçox oyunum var. Ancaq sən "Braqa"ya önəmli bir qol vurmusan, sosialşəbəkələrdə izləyicilərin məndən çoxdur. Səncə, bu düzgündür, yayox? Nəriman güldü, cavab vermədi".

Qeyd edək ki, "İdman Bizimlə" verilişində qonaq olan sabiqfutbolçu Vaqif Cavadov Nəriman Axundzadəni parlaq futbolçu hesabetmədiyini bildirib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
az.trend.az

2Mənbələr