Qəzza zolağında öldürülən jurnalistlərin sayı 153-ə çatıb.
"Cebhe.info" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, anklavın atəşə tutulması nəticəsində “Şəms” agentliyində çalışan jurnalist Muhammed Mahmud Əbu Şəriə həyatını itirib.
Bildirilib ki, bununla da 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayı 153-ə yüksəlib.